2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Çində hazırlanan saxta smartfonlar arasında ən məşhur brend Samsung Galaxy olub

    Məşhur AnTuTu bençmark saytının təqdim etdiyi hesabata əsasən keçən ilin mart ayından bu ilin fevral ayına kimi Çində hazırlanmış saxta smartfonlar arasında ən məşhur brend Samsung Galaxy olub. Məlumata əsasən qeyd edilmiş müddət ərzində ümumilikdə müxtəlif brendlərə məxsus 12.147.275 ədəd smartfon AnTuTu testlərindən keçib. Bu smartfonlardan 482.361 ədədinin isə saxta smartfon olduğu aşkar edilib. AnTuTu qeyd edib ki, saxta smartfonların 110.000 ədədi Samsung Galaxy adı altında hazırlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

    Business Korea saytının verdiyi məlumata əsasən daha öncə Samsung Çin bazarının 30%-nə sahib idi. İndi isə bu göstərici sürətlə aşağı düşür. Bunun əsas səbəbi isə Çindən olan smartfon istehsalçılarının sürətlə böyümələri və nəticədə onların Samsung-u bütün Çin bazarından sıxışdırıb çıxartmaqlarındadır. Bundan əlavə olaraq Koreyadan olan istehsalçıların smartfonlarının saxta versiyaları daha iri miqyasda hazırlanır. Məlumatda qeyd edilib ki, Galaxy S22 Ultra smartfon modelinin kopyaları əsl versiyanın satışa çıxmasından dərhal sonra satışa çıxıb və cəmi 100$ qiymətində satılıblar.

24 saat” “Çində hazırlanan saxta smartfonlar arasında ən məşhur brend Samsung Galaxy olub” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button