Dünya

Çində it, pişik yeməyi qadağan etdilər

Dünyada hələ də koronavirusun necə ortaya çıxması barədə yekdil fikir səslənmir.

Virusun insana yarasadan keçməsi versiyası daha çox dilə gətirilir. Əksəriyyətin inandığı fikir belədir ki, çinlilərin qida seçiminin ənənəvi olmaması, yəni həşəratlara, otla qidalanmayan heyvanlara meyl xəstəlik yaranma ehtimalını artırır.

az24saat.org xəbər verir ki, Çində it, pişik yeməyi qadağan ediblər. Daha doğrusu, Şençjen şəhərində belə yasaq tətbiq olunub. Sadəcə, əsas məsələ Çində ilk dəfə belə qadağanın tətbiqidir. Onsuz da virusla əlaqədar bütün ölkədə vəhşi heyvanların yeyilməsi qadağan edilmişdi. Şençjen şəhəri bir az da konkret qayda ortaya qoyub. Eyni zamanda, şəhər rəhbərliyi çinlilərin qida rasionu ilə bağlı səhv təsəvvürün olduğunu bildirib. Açıqlama deyilir ki, onların əksəri belə ətin dadına heç vaxt baxmayıb.

Bundan əvvəl Tayvanda belə qadağa tətbiq edilmişdi. Honkonqda qida məqsədi ilə it, pişiyin öldürülməsi üçün cərimə müəyyənləşdirilmişdi. Bu halda 640 dollar ödəmək lazım gəlir.

Related Articles

Back to top button