2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Çindən əlamətdar qərar: Hökumət işçiləri iPhone-dan istifadə edə bilməyəcək

class=”mediyanet-inline-adv”>

ABŞ-da yerləşən “Wall Street Journal” qəzetində dərc olunan hesabata görə, Çin hökumətinə bağlı qurumların əməkdaşlarına ABŞ-da yerləşən “Apple” şirkətinin istehsalı olan “iPhone” və digər xarici markalı cihazlardan iş yerində istifadə etmək və onları ofisə gətirmək qadağan edilib.

Xəbərdə sözügedən təlimatın ötən həftələrdə yüksək səviyyəli menecerlər tərəfindən işçilərə verildiyi, lakin tətbiqin əhatə dairəsi ilə bağlı kifayət qədər məlumat olmadığı bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Apple-ın ən böyük bazarlarından biri olan Çində hökumət son illərdə məlumatların təhlükəsizliyi ilə bağlı tədbirlər görüb və şirkətlər üçün yeni qanunlar və şərtlər tətbiq edib.

ÇİN ÜZRƏ MƏHDUDİYYƏTLƏR

Digər tərəfdən, ABŞ da daxil olmaqla bir çox ölkə Çin şirkətlərinə qadağalar tətbiq etmişdi. Keçən il ABŞ təhlükəsizlik baxımından Çində yerləşən 5 texnologiya şirkətinin, o cümlədən Huawei-nin yeni rabitə avadanlıqlarının ölkəyə idxalını və satışını qadağan etmək qərarına gəlib.

Dünyanın bir çox ölkəsi TikTok-un istifadəçi məlumatlarını Çin hökuməti ilə paylaşa biləcəyi ilə əlaqədar olaraq ona məhdudiyyətlər qoyub. Kanada fevral ayında hökumət telefonları və elektron cihazlarda TikTok-un istifadəsini, mart ayında isə Belçika, Norveç, İngiltərə və Yeni Zelandiyada qadağan edilib.

İsveç Müdafiə Nazirliyi də təhlükəsizlik baxımından tətbiqin iş telefonlarında istifadəsinin qadağan edildiyini, Avstraliya isə aprel ayında TikTok tətbiqinin hökumət cihazlarında istifadəsini qadağan etdiyini açıqlayıb.

May ayında ABŞ-ın Montana ştatı TikTok tətbiqindən istifadəni qadağan edərək ölkədə TikTok-u qadağan edən ilk ştat oldu. Nəhayət, Qırğızıstan tətbiqin uşaqlar üçün zərərli məzmun daşıdığı səbəbilə qadağan edilməsinə qərar verdiyini açıqlayıb.

2023-09-06 13:14:09

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button