2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Cındır balası” jurnalist Cəmil Məmmədlini məhkəməlik etdi

“Cındır balası” məhkəmədə araşdırılacaq?

“Mart ayının 1-i, saat 15-də Xaçmaz Rayon Məhkəməsində növbəti məhkəmə prosesim keçiriləcək…” Bu açıqlama ilə müstəqil jurnalist Cəmil Məmmədli çıxış edib.

C.Məmmədli daha sonra bildirib: “Bazar adamları məni həbs etdirmək üçün girmədikləri rol qalmayıb, bu da o rollardan biri…

Saytların yığılması Saytlarin yigilmasi

Mübahisənin əsl səbəbi isə Tural Abbaslını tənqid edən, başqasının yazdığı statusu paylaşmağım olub.
Bu paylaşımdan sonra mənim və ailəmin ünvanına sosial şəbəkələrdə, internet kanallarda, vəzifəli şəxslərin qəbullarında hər cür böhtanlar ataraq, hələki istədiklərinə nail ola bilməyiblər…

Görək bu dəfə məhkəmə nə hökm verəcək…

P.S.

Ziyəddin Əliyevin faktlarını yaydığım gündən bu günə qədər bütün sahələrdə sistemli şəkildə mənə qarşı “mübarizə” aparanlar peyda olub…”

Onu da qeyd edək ki, jurnalistin bildirdiyinə görə, o, 10 ay özünün ünvanına yazılan böhtan və təhqirlərə cavab olaraq qarşı tərəfə “cındır balası” deyib.

İndi isə bu söz onu növbəti dəfə məhkəmə qarşısında durmağa vadar edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button