Bizim tərcüməDünya

Çinin o ölkələrdəki gizli polis mərkəzləri açıqlandı! Onların sayı 100-ü keçib

İspaniyada yerləşən “Safeguard Defenders” qeyri-hökumət təşkilatının Çinin xaricdəki izləmə mərkəzlərinə diqqət yetirdiyi “Patrul və İnandırma – 110 Xaricdə Fəaliyyət” adlı hesabat böyük təəssürat yaratdı.

Hesabatda sentyabr ayında bildirilən 54 “Çin Xaricdəki Polis İdarəsi”nə əlavə olaraq daha 48 polis məntəqəsinin fəaliyyət göstərdiyi və bununla da bu rəqəmin 102-yə yüksəldiyi iddia edilib.

İddia edilən yeni polis məntəqələrindən 11-nin İtaliyada, bəzilərinin Xorvatiya, Serbiya və Rumıniya və digər ölkələrdə olduğu bildirilən hesabatda qeyd edilir ki, məntəqələr xaricdə yaşayan 230 min çinlini ölkəyə qayıtmağa razı salıb.

Xəbərdə Fransanın paytaxtı Parisdən olan ən azı bir Çin vətəndaşının ölkələrinə qayıtmağa razılaşdırıldığı bildirilib.

Çin Xarici İşlər Nazirliyi müxaliflərin izinə düşmək üçün başqa ölkələrdə “polis mərkəzi” yaradıldığına dair iddiaları təkzib edərək, sözügedən məmurların xaricdəki vətəndaşlara sənədləşmə işlərində köməklik göstərdiyini iddia edib. (AA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Kadırovun tənqidçisi olan bloqer İsveçdə öldürülüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button