Loading...
Loading...
Texnologiya

Çinlilər atmosferdəki CO2-ni bioyanacağa çevirə bilən xüsusi qurğu yaradıblar

    Parnik qazlarının yığılması hesabına atmosferdəki CO2 miqdarını aşağı salmaq mümkündür. Lakin bu halda belə bir sual ortaya çıxır: Yığılmış parnik qazları ilə CO2-ni nə etmək lazımdır? Bir çox mütəxəssis CO2 qazını yeraltı anbarlara doldurmağı və ya onu bioyanacağa çevirməyi təklif edir. Yığılmış CO2-nin bioyanacağa çevrilməsi təklifi heç şübhəsiz daha məqsədəuyğundur. Belə ki, bu üsul faydalı qazıntılar əvəzinə sintez olunmuş yanacaqdan istifadə etmək imkanını verir. Verilmiş məlumata əsasən çinli mütəxəssislər bu məsələ ilə bağlı uğurlu qurğu yaradıblar və onu test ediblər.

    Yaradılmış qurğu CO2-ni yüksək effektivliklə bioyanacağa çevirə bilir. Sözügedən qurğu Dalian Kimya Fizika İnstitutunun alimlərinin layihələri çərçivəsində yaradılıb. Çinli mütəxəssislər metal katalizatorların iştirakları ilə baş verən reaksiya barəsində məlumatı hələ 2017-ci ildə vermişdilər. Xüsusi qurğunun yaradılmasında həmçinin Zhuhai Futian Energy Technology şirkətinin mütəxəssisləri də iştirak ediblər. Xüsusi qurğu 2020-ci ildə inşa edilib və 2021-cilin oktyabr ayında istifadəyə verilib.

    İstifadəyə veriləndən sonra o, 72 saat ərzində fasiləsiz çalışıb. Qurğu daxilində CO2 qazının hidrogenləşmə reaksiyası prosesi çərçivəsində CO2-nin 95%-i maye yanacağa çevrilib. Əldə edilmiş maye yanacaq 90 oktan ədədinə sahib olub. Bu isə Çinin milli IV standartına uyğundur. Qurğunun ilkin versiyası il ərzində 100 ton həcmində bu cür yanacaq əldə edə bilər. Məlumata əsasən qurğunun daxilində gedən texniki proses çox qəlizdir. Lakin buna baxmayaraq onun çalışması üçün tələb olunan enerji miqdarı o qədər aşağıdır ki, qurğunun kommersiya məqsədli layihələrdə istifadəsini reallaşdırmaq mümkündür.

24 saat” “Çinlilər atmosferdəki CO2-ni bioyanacağa çevirə bilən xüsusi qurğu yaradıblar” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Windows 11-də daha bir YENİLİK

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button