2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Çip böhranı gələn il də davam edəcək”

Tamara Mustafayeva, Banco.az

“Mercedes-Benz”in CEO-su çip böhranının gələn il də davam edə biləcəyinə dair xəbərdarlıq edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, alman avtomobil brendi “Mercedes-Benz”in istehsalçısı “Daimler AG” şirkətinin CEO-su Ola Kallenius bu həftə Münhen şəhərində keçiriləcək “avto şou”dan öncə mətbuat nümayəndələrinin suallarına cavab verib. O, qlobal yarımkeçirici probleminin 2023-cü ilədək həll edilməmə ehtimalının olduğunu bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Kallenius problemin həlli üçün atılan addımların ilin dördüncü rübündə nəticə verə biləcəyinə dair ümidlərin olduğunu, ancaq “struktur” tələb probleminin gələn il də sektorlara təsir göstərəcəyini proqnozlaşdırıb.

Xatırladaq ki, “Daimler AG” qısa müddət əvvəl minik avtomobili üzrə illik satış proqnozunu aşağı salmış və sifarişlərdə əsaslı artım gözləmədiklərini, əksinə 2020-ci il səviyyələrindəki göstəricilərin təkrarlanma ehtimalı olduğunu elan etmişdi.

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button