2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəmİdman

ÇL II tur: “Beşiktaş”, “Mançester Siti” və “Real” qalib gəldi

UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turuna start verilib.

İlk oyun günündə E, F, G və H qrupunda yer alan komandalar meydana çıxıb.

Saytların yığılması Saytlarin yigilmasi

E qrupunda Moskva “Spartak”ı “Liverpul”u qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. İlk turda “Liverpul” səfərindən 1 xalla qayıdan “Sevilya” isə “Maribor”u sınağa çəkib və 2 cavabısz qolla qalib gəlib.

Birinci turu qələbə ilə başa vuran “Mançester Siti” və “Şaxtyor” birincilərin meydanında üz-üzə gəlib. Görüş ingilislərin qələbəsi ilə başa şatıb – 2:0. “Napoli” isə ilk qələbəsini “Feyenord” üzərində qazanıb – 3:1.

Səfərdə “Portu”nu məğlub etməklə turnirə əla start verən “Beşiktaş” ardıcıl ikinci qələbəsini debütant “Leypsiq” üzərində qazanıb – 2:0. “Monako” doğma divarlar arasında gözlənilmədən “Portu”ya 3 qolla uduzub.

Günün ən çox maraq doğuran matçı Dortmundda oynanılıb. “Borussiya” “Real”la üz-üzə gəlib. Qonaqlar 3:1 heablı qələbə qazanıb. “Tottenhem” isə Kiprə səfərində APOEL-ə 3 cavabsız qolla qalib gəlib.

 

E qrupu

“Spartak” (Moskva, Rusiya) – “Liverpul” – 1:1
Qollar: Fernando, 23 (1:0), Koutinyo, 31 (1:1)

“Sevilya” (İspaniya) – “Maribor” (Sloveniya) – 2:0
Qollar: Ben Yedder, 27, 38

F qrupu

“Mançester Siti” (İngiltərə) – “Şaxtyor” (Ukrayna) – 2:0
Qol: De Brune, 48, Sterlinq, 90

“Napoli” (İtaliya) – “Feyenord” (Hollandiya) – 3:1
Qol: İnsinye, 7, Mertens, 49, Kallexon, 70 – Amrabat, 90+3

G qrupu

“Beşiktaş” (Türkiyə) – “Leypsiq” (Almaniya) – 2:0
Qol: Babel, 11, Taliska, 43

“Monako” (Fransa) – “Portu” (Portuqaliya) – 0:3
Qollar: Abubakar, 31, 69, Layun 89

H qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Real” (İspaniya) – 1:3

Qol: Beyl, 18 (0:1), Ronaldo, 50 (0:2), Obameyanq, 54 (1:2), Ronaldo, 79 (1:3)

APOEL (Kipr) – “Tottenhem” (İngiltərə) – 0:3
Qol: Keyn, 39, 62, 67

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button