2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

CNN: Çin Rusiyaya təkcə dron deyil, döyüş sursatları da verə bilər

Çin Ukraynaya qarşı müharibə aparan Rusiyanı təkcə pilotsuz aparatlarla deyil, həm də döyüş sursatları ilə təmin etməyi düşünür.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə ABŞ kəşfiyyat məlumatları ilə tanış olunduğunu bildirən CNN məlumat yayıb. Məlumatda vurğularır ki, hazırda Moskva ilə Pekin tədarükün qiyməti və həcmi ilə bağlı danışıqlar aparır.

Amerikanın “The Wall Street Journal” nəşri də Çinin Rusiyaya hərbi yardım göstərmək niyyətindən yazır.

Almaniyanın “Der Spiegel” jurnalı yazır ki, yüzə yaxın kamikadze dron istehsal olunaraq aprelin əvvəlində Rusiyaya təhvil verilməlidir.

Çin dəfələrlə neytral olduğunu və münaqişə zonalarına silah satmadığını bəyan edib.

O da vurğulanır ki, ABŞ Dövlət Departamenti Çinin Rusiyaya öldürücü silahların tədarükü halında Vaşinqton və Pekin ikitərəfli münasibətlər üçün real nəticələr barədə xəbərdar edib.

Bundan əlavə, şənbə günü avtoritar Belarus avtoritar lideri Alyaksandr Lukaşenkanın saytında onun fevralın 28-dən martın 2-dək Pekinə səfəri ilə bağlı rəsmi məlumat dərc olunub.

Məlumatda Belarus ərazisinin Rusiya hərbçiləri tərəfindən Ukraynaya qarşı döyüş əməliyyatlarında istifadə olunduğu vurğulanır, amma o da bildirilir ki, müharibənini ilk həftələri ilə müqayisədə bu fəaliyyət çox az aktivdir.

Lukaşenka bəyan edib ki, Minsk öz qoşunlarını Ukrayna ərazisinə göndərmək fikrində deyil və Belarus ordusu yalnız Kiyevdən təcavüz olacağı təqdirdə müharibəyə qoşulacaq.

Qərb ölkələri və Ukrayna kəşfiyyatı hesab edir ki, Belarus ərazisindən hücum mümkün olsa da, indiki vəziyyətdə bu reallığa o qədər də yaxın deyil.

Fevralın 24-də Rusiyanın Ukraynaya hərbi təcavüzünün bir ili tamam olub. 2022-ci il fevralın 24-də Ukraynaya hücum edən Rusiya bu ölkənin çoxsaylı çəhər, qəsəbə və digər yaşayış məntəqələrini dağıdıb. Minlərlə insan həlak olub, evlərindən didərgin düşüb, ölkəni tərk etmək məcburiyyətində qalıb.

UKraynaya təcavüzünə görə, ABŞ və Avropa ölkələri Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq ediblər.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button