2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

CNN Trampla azərbaycanlı milyarder Araz Ağalarovun əlaqəsindən yazdı:“Emin fantastik idi”

“Emin fantastik idi” – bunu yeni seçilən ABŞ prezidenti Donald Tramp 2013-cü ilin 11 noyabrında azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov haqda Twitterdə yazıb.  Trampın bu tvitini Amerikanın CNN televiziyası “Trampın Rusiya əlaqələri budur” adlı yazısına nümunə kimi qoyub.

Yazının əvvəlində Trampın 2017-ci ilin 11 yanvarında yazdığı tvit gəlir: “Rusiya heç vaxt mənə təsir etməyə cəhd etməyib. Mənim Rusiya ilə etməli heç nəyim yoxdur- nə iş, nə kreditlər. Heç nə!”

Ancaq CNN yada salır ki, 2013-cü ildə Donald Tramp azərbaycanlı milyarder Araz Ağalarovla Moskvada Kainat Gözəli- “Miss Universe” yarışmasını keçirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Həmin vaxta aid tvitində Donald Tramp Araz Ağalarova yazırdı: “Sizinlə və ailənizlə möhtəşəm həftəsonu keçirdim. Siz FANTASTİK iş gördünüz. Növbəti – Moskvada Trump Qülləsidir. Emin fantastik idi”.

Yeri gəlmişkən, CNN öz yazısında Eminin o vaxtki klipini yada salmır, ancaq Donald Trump Eminin klipində də çəkilib. Və buna görə heç bir qonorar istəməyib. Klipin qısa məğzi budur ki, şirkət rəhbəri (Trump) iclas keçirir, işçilərdən birinə (Eminə) deyir ki, “nə olub sənə?” “Emin, yuxudan oyan”.

Sonda isə Trump məşhur ifadəsini işlədir: “mən səndən bezdim. Sən işdən qovuldun”

Moskvada “Tramp Qülləsi”nə gəldikdə, CNN yazır ki, “bu qüllə tikilməmiş yıxıldı”. CNN Moskvada bu adda sona çatmış layihə tapa bilmədi”.

CNN Trampın Rusiya ilə əlaqələri haqda bütün mümkün məlumatları toplayıb. Növbəti fakt mətbuatdan çoxdan məlumdur –“Tramp Palm Beach”dəki villasını Rusiyalı milyarder Dmitri Rybolovlevə 95 milyon dollara satıb.

CNN-in Trampın Rusiya əlaqələrinə çəkdiyi digər misal, “Bayrock Group” şirkətinin Floridada və Nyu Yorkda Tramp binalarının tikintisini maliyyələşdirməsidir. “Bayrock Group”u keçmiş SSRİ miqrantları yaradıb. Bu şirkət Rusiya və Qazaxıstandan olan maliyyə ilə işləyir. (Azadlıq radiosu)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button