2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Co Bayden İlham Əliyevə zəng etdi

Bu gün Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

“Qafqazinfo” xəbər verir ki, söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişaf dinamikası müzakirə olunub. İlham Əliyev bu il mart ayının sonlarında Vaşinqtonda Co Bayden ilə keçirdiyi görüşü məmnunluqla xatırladıb.

Dövlət başçısı və ABŞ-ın vitse-prezidenti həmin görüş zamanı səmərəli müzakirələrin aparıldığını vurğulayıblar. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə bu yaxınlarda Vyanada keçirilən görüşlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əhəmiyyəti qeyd olunub.

Saytların yığılması Saytlarin yigilmasi

İlham Əliyev münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinin vacibliyini bildirib.

Söhbət zamanı uğurla inkişaf edən Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Co Bayden və Ermənistan prezidenti Serj Sarkisyan arasında da telefon danışığı olub. Tərəflər ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Vyanada əldə olunmuş razılaşmaların tam və səmərəli həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button