2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Con Hantsman: Rusiya ilə münasibətlərdə Ukraynanın ərazi bütövlüyü xüsusi əhəmiyyət kəsb edəcək

ABŞ-ın Rusiyadakı yeni səfiri Con Hantsman bildirib ki, iki ölkə arasında münasibətlərin yaxşılaşmasında Ukraynanın ərazi bütövlüyünün bərpası məsələsi xüsusi əhəmiyyət kəsb edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Səfir oktyabrın 7-də deyib ki, münasibələtin normallaşması üçün ilk addımı Moskva atmalı və Ukraynaya imkan verməlidir ki, beynəlxalq aləm tərəfindən tanınan sərhədləri daxilində ərazilərinə nəzarəti qaytarsın.

Yuta ştatının sabiq qubernatoru Hantsmanın sözlərinə görə, bu, təkcə ABŞ-ın yox, həm də Avropa Birliyi, Kanada və demək olar ki, bütün başqa inkişaf etmiş ölkələrin mövqeyidir.

Moskva Ukraynanın Krım bölgəsini ilhaq edib. Bundan başqa rusiyameylli separatçılar Ukraynanın şərqində nəzarəti ələ keçiriblər.

2014-cü ildən bəri hökumət qüvvələri ilə separatçılar arasında baş verən toqquşmalarda 10 minəcən insan ölüb.

Ukrayna ölkənin şərqinin əslində Rusiya ordusu tərəfindən işğal edildiyini bildirir. Kreml bu ittihamları qəbul etmir.

Avropa Birliyi və ABŞ Krım məsələsinə görə Rusiyaya sanksiyalar qoyub.

Amma Ukrayna məsələsi ABŞ və Rusiya arasındakı problemlərin yalnız biridir.

Hantsman deyib ki, o, Şimali Koreyanın nüvə və ballistik raket proqamları ilə bağlı problemin həllində də Moskva ilə əməkdaşlıq etmək istərdi.

Səfir Şimali Koreyanı təkcə ABŞ üçün yox, bütün dünya üçün təhlükə sayır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button