2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Con Kerri gələn həftə Gürcüstana səfər edəcək

ABŞ-ın dövlət katibi Con Kerri iyulun 6-da Gürcüstana səfər edəcək.

Bunu Gürcüstanın ABŞ-dakı səfiri Arçil Qeqeşidza Tbilisidə “Rustavi-2” telekanalına müsahibəsində bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, Con Kerri Gürcüstan rəhbərliyi ilə ikitərəfli əməkdaşlığa dair bir sıra məsələləri müzakirə edəcək.

Qeyd edək ki, 2009-cu ilin yanvarında Vaşinqtonda ABŞ-la Gürcüstan arasında Strateji tərəfdaşlığa dair Xartiya imzalanıb. Həmin sənəddə təhlükəsizlik, müdafiə, ticarət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq nəzərdə tutulub. Hər il ABŞ və Gürcüstanda işçi qrupun plenar sessiyası keçirilir. Növbəti iclas iyulun 6-da Tbilisidə Con Kerri və Gürcüstanın baş naziri Georgi Kvirkaşvilinin iştirakı ilə keçiriləcək.

(report)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button