Loading...
Loading...
SEÇMƏ

Conson: “Putinə etibar etmək olmaz, Ukraynaya yeni silahlar verilməlidir”

Baş nazir: “Timsah sol ayağını yeyərkən onunla necə davrana bilərsən?”

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiya qüvvələri ilə döyüşən Ukraynaya daha çox hərbi dəstək verilməsi üçün çağırış edib.

Bildirib ki, Ukraynaya hədəfləri daha uzaq məsafədən vura bilən M270 Çoxatışlı Raket Sistemləri (Multiple Launch Rocket Systems) kimi qabaqcıl silahlar göndərilsə, yaxşı olar.

Boris Conson müharibənin dördüncü ayında Rusiyaya ərazi verməklə sülh razılaşmasına nail olmaq fikrinə qarşı çıxış edib.

O, Ukraynaya daha çox silah verilməsini dəstəklədiyini bildirib.

“Timsah sol ayağını yeyərkən onunla necə davrana bilərsən?”, – Conson mayın 27-də “Bloomberg” Televiziyasına müsahibəsində belə deyib.

O, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar perspektivi barədə suala belə cavab verib:

“Ona tamamilə etibar etmək olmaz”.

Ukrayna Şərqi Donbas bölgəsində rus qoşunlarının irəliləmələri ilə mübarizə aparır.

Müxtəlif ölkələrdən onu MLRS (roket sistemi) ilə təchiz etməyi xahiş edib.

Bu tələbi bəzi dövlətlər Rusiya ilə konfliktə girilmə riskini gözə alaraq ehtiyatla qarşılayıb.

Ekspertlər bildirirlər ki, MLRS Rusiya artilleriyasına qarşı daha təsirli olsa da, onun yerləşdirilməsi raketlərin qəsdən və ya təsadüfən Rusiya sərhədi üzərində enmə riskini artıracaq.

“MLRS ukraynalılara qəddar rus artilleriyasına qarşı özlərini müdafiə etməyə imkan verəcək və dünyanın getməli olduğu yer budur”, – Boris Conson belə deyib.

Baş nazir bildirib ki, Putinin qüvvələri Donbas bölgəsində işğala davam edir: “Təəssüf ki, bu, hiss olunabiləcək vəziyyətdir”.

Ukrayna rəsmiləri son günlər müharibə davam etdikcə şərqdəki ərazilərin verilməsinə razılıq daxil olmaqla, Rusiya ilə atəşkəs haqqında danışıqlara sövq ediləcəyindən narahatlıq ifadə edib.

Zelenski Ukraynanın döyüşləri dayandırmaq üçün heç bir ərazidən imtina etməyəcəyini təkid edənlər sırasındadır.

“Rusiyaya təzyiq sözün əsl mənasında insanların həyatını xilas etmək məsələsidir”, – deyə Zelenski mayın 26-da etdiyi çıxışında bildirib.

“Rusiyaya qarşı addım atmaqda gecikmələr zəiflik, müxtəlif mübahisələr və ya təcavüzkarı qurban hesabına “rahatlaşdırmaq” təklifləri yeni öldürülən ukraynalılar deməkdir. Bu, qitəmizdəki hər kəs üçün yeni təhlükədir”, – deyə o bildirib.

Conson da öz növbəsində ukraynalıları hərbi cəhətdən dəstəkləməyə davam etməyin vacib olduğunu vurğulayıb.

Conson da öz növbəsində ukraynalıları hərbi cəhətdən dəstəkləməyə davam etməyin vacib olduğunu vurğulayıb.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Gözdən qaçırmayın:  İstiqlal bəyannaməsini kim yazıb?

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button