2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Çörək və un bahalaşıb

Yayımlandı: 19 Avqust 2022 17:35

Qiymət artımı dünya bazarlarında ərzaqlıq buğdanın bahalaşması ilə izah edilir

Çörək və unun qiyməti bahalaşıb. Bakıda 50 kiloqramlıq unun yuxarı qiymət həddi 40,7 manat müəyyən edilib. Çörəyin qiyməti isə çəkisindən asılı olmayaraq 5 qəpik artırılıb. 500 qramlıq ənənəvi (yumru) çörəyin pərakəndə satış qiyməti 55, 600 qramlıq çörək 65, 650 qramlıq çörək isə 70 qəpik təşkil edib.

Saytların yığılması Saytlarin yigilmasi

İri un dəyirmanları və çörək zavodlarının birgə bəyanatında belə deyilir.

Bəyanatda bildirilir ki, dünya bazarlarında mövcud vəziyyətlə əlaqədar ölkəyə taxıl və un idxal edən sahibkarlıq subyektləri “ciddi qiymət təzyiqi” ilə üzləşib.

“İyulda ölkəyə idxal olunan ərzaq buğdasının orta qiyməti 1 ton üçün 402,46 dollar olub. Bu da 2021-ci ilin müvafiq ayının qiymətlərindən 67 faiz (orta idxal qiyməti – $241) çoxdur. 2021-ci ilin dekabrından isə 18,4 faiz artıqdır (orta idxal qiyməti – $339,89).

“Turan” İnformasiya Agentliyi isə bu açıqlamanı təəccüblü sayır. Səbəb kimi Rusiyanın “Zerno.ru” saytının məlumatını göstərir. 2022-ci il iyulun 19-da Rusiyada 4-cü növ buğdanın orta qiyməti 9000 rubl (152 dollar), 3-cü növ buğdanın qiyməti – 10000 rubl (170 dollar) olub.

Sayt təchizatçılar və dəyirmançıların haqqında danışdığı bir ton üçün 402,5 dollar qiymətin haradan gəldiyinin məlum olmadığını qeyd edir.

2022-ci il yanvarın 30-dan Dövlət Taxıl Fondunun ehtiyatları üçün idxal olunan taxıl və taxıl emalı məhsulları Azərbaycanda gömrük rüsumlarından azad edilib.

Unun qiyməti ölkənin müxtəlif bölgələrində 2-3 gündür ki, artıb. Avqustun 18-dən Bakının müxtəlif bölgələrindəki marketlərdə un kilolarla satılmağa başladı və bir çox marketdə tapılmırdı.

Yerli sakinlərin verdiyi məlumata görə, avqustun 18-də Bayıl qəsəbəsində 50 kiloluq ən ucuz un 45 manata, Sumqayıtda 38.5-40 manata, Saatlıda 43 manata, Göyçayda 40-43 manata, Füzulidə 45 manata təklif olunub.

“Turan” İnformasiya Agentliyi qeyd edir ki, hazırda Azərbaycanda deyilən bahalaşma üçün heç bir əsas yoxdur. Bildirir ki, dünya bazarındakı konyukturanı nəzərə alsaq, ucuz taxıl ehtiyatı yaratmaq üçün aylıq tədarükləri artırmaq olar.

CIF taxılının Bakıya çatdırılması bir ton üçün 30 dollar təşkil edə bilər. Bakıya taxılın çatdırılmasının ümumi qiyməti 4-cü növun tonu üçün 180 dollar və 3-cü növ üçün 200 dollar səviyyəsində olmalıdır.

Unun qiymətinin qalxması dünya bazarlarında ərzaqlıq buğdanın bahalaşması ilə izah edilir. Səbəb isə 2 taxıl ixracatçısı olan ölkələr – Rusiya və Ukrayna arasında gedən müharibədir. Müharibə nəticəsində hər iki ölkə ixraca limitlər tətbiq edib. Ukrayna limanları ümumiyyətlə, istifadəsiz qalıb.

Bu da dünya bazarlarında həm buğda qıtlığı, həm də qiymət artımı ilə müşahidə olunub.

Beynəlxalq və yerli ekspertlər bu istiqamətdə qiymət artımının davam edəcəyi qənaətindədir.

Rəsmi statistikaya görə, Azərbaycana çörək üçün illik 3.5 milyon ton buğda lazımdır. Ölkə buğdaya olan tələbinin 40 faizini idxal hesabına ödəyir.

Məsələn, 2021-ci ildə Azərbaycanda 595 min hektar ərazidə buğda əkilib. İllik buğda istehsalı isə 1.9 milyon ton olub. 2022-ci ildə isə əkin 547,2 min hektar ərazidə aparılıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button