Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Çörəyin qiyməti kəskin bahalaşacaq – Hətta 1 manat deyənlər də var

Azərbaycanda un və un məmulatlarının qiyməti kəskin bahalaşacaq.

Bunu iqtisadçı ekspert Vahid Məhərrəmov deyib.

Ekspert bildirib ki, hazırda regionlarda 50 kiloqramlıq un kisələrinin qiyməti 38 manatdan 43 manata qədər bahalaşıb: “Artıq 3 gündür ki, rayonlarda un bu qiymətə satılır. Hətta bəzi rayonlarda, məsələn, Goranboyda, Şəki, Zaqatala bölgəsində 45 manata satılır. Regionlarda ümumi ölkə üzrə unun qiymətində 13-15% arasında bahalaşma var. Belə olan da ola bilməz ki, çörəyin qiyməti qalxmasın. 50 qəpiklik çörəyin qiyməti 5 qəpik artacaq. Bunun özü də böyük rəqəmdir. Çörəyin qiymətinin 5 qəpik artmasını deyirlərsə, bu ən ucuz satılan çörəyin qiymətinə şamil olunur. Unu baha alan sahibkar inanmıram ki, çörəyi ucuz satsın”.

Vahid Məhərrəmov deyir ki, əgər unun qiyməti 13-15% bahalaşıbsa, deməli, çörək də ən azı bu qədər bahalaşacaq:

“Bir neçə un satan sahibkarlarla danışdım. Onlara deyiblər ki, bu gün 50 qəpiyə satılan çörək bundan sonra 60 qəpiyə satılacaq. Əvəllər 30 qəpik idi. Bir il ərzində çörəyin qiyməti 100% bahalaşıb”.

“Bir neçə un satan sahibkarlarla danışdım. Onlara deyiblər ki, bu gün 50 qəpiyə satılan çörək bundan sonra 60 qəpiyə satılacaq. Əvəllər 30 qəpik idi. Bir il ərzində çörəyin qiyməti 100% bahalaşıb”.

Ekspert artımın son olmadığını vurğulayıb: “Bahalaşma davam edəcək. Qonşu ölkədə, Rusiyada buğda istehsalında çox ciddi azalma gözlənilir. Azərbaycan da Rusiydan buğda idxal etdiyi üçün ölkədə buğda ilə bağlı problem olacaq. Hazırda kəndlilərdən buğdanın kiloqramını 70-75 qəpiyə alırlar. Əksəriyyəti də satmaq istəmir ki, ilin sonuna qədər 1 manata qədər bahalaşacaq”.

24 saatÇörəyin qiyməti kəskin bahalaşacaq – Hətta 1 manat deyənlər də var” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Gözdən qaçırmayın:  Qızıl alınmır: Gözümüz doyub, yoxsa..?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button