2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Corc Buşu görən “Slava”, qvardiyaçı flaqman, bir söyüşün lənəti – Batan “Moskva”nın HEKAYƏTİ

Yadigar Sadıqlı

Dünən, aprelin 14-də gündəmin əsas mövzusu Rusiyanın Qara dəniz donanmasının flaqmanı “Moskva” gəmisinin batması idi. Bu da təsadüfi deyil, gəmi, xüsusən də donanmanın flaqman gəmisini tankla, təyyarə ilə eyniləşdirmək olmaz. Bu, çox böyük hadisədir. Hətta bəzi məlumatlarda iddia olunur ki, “Moskva” İkinci dünya müharibəsindən sonra batırılan ən böyük hərbi gəmidir.

Hərçənd, Rusiya tərəfi hələ ki, gəminin vurulduğunu etiraf etmir. Müdafiə Nazirliyi kreyserin “səbəbi araşdırılan” yanğın üzündən döyüş sursatının detonasiya etməsi nəticəsində ciddi xəsarətlər aldığını söyləyirdi. Ukrayna isə “Moskva”nın özlərinin istehsal etdikləri gəmi əleyhinə “Neptun” raketləri ilə vurulduğunu iddia edir.

“Özlərinin istehsalı” demişkən, elə “Moskva” da Ukrayna istehsalıdır. Birinci adı “Slava” olan raket kreyserinin əsası 1976-cı ildə Nikolayev şəhərindəki 61 kommunar adına gəmiqayırma zavodunda qoyulub. Uzunluğu 186,5 metr, eni 20,8 metr, hündürlüyü  42,5 metr, su tutumu 11 490 ton olan gəmi 1983-cü ilin yanvarında istifadəyə verilib və Qara dəniz donanmasının tərkibinə daxil olub. 

Saytların yığılması Saytlarin yigilmasi
Sovet raket kreyseri “Slava”

“Slava”nın iştirak etdiyi ilk tarixi hadisə hərbi konfliktlə deyil, yetərincə pozitiv məqamla bağlıdır. Gəmi Corc Buş və Mixail Qorbaçovun 1989-cu ildə Malta sahillərində keçirilən sammitində sovet liderinin eskortuna daxil idi. Dekabr ayında dənizdə görüş keçirmək ideyası hansı zəkanın məhsulu idisə, çox da uğurlu alınmadı. Fırtınanın yaratdığı problemlər üzündən bu görüş tarixə həm də “dəniz xəstəliyi sammiti” adı ilə düşdü.

Corc Buş (ata) və “Slava” Malta sahillərində

Həmin sammitdə görüşlərin bir hissəsini “Slava”da, bir hissəsini də amerikalıların Altıncı donanmasının flaqmanı olan “Belknap”  kreyserində keçirmək planlaşdırılırdı, amma fırtına üzündən bütün görüşlər daha ağır “Maksim Qorki” kruiz gəmisində keçirildi.  

Malta sammiti. Corc Buş (ata) və Mixail Qorbaçov

Gəmi 1991-ci ilin martında Nikolayevə qayıdaraq, təmirə dayandı. İlin sonunda SSRİ dağıldı və bundan sonra Qara dəniz donanmasının statusu məsələsi ortaya çıxdı. 1992-ci il aprelin 5-də Ukrayna prezidenti Leonid Kravçuk “Qara dəniz donanmasının Ukrayna Müdafiə Nazirliyinin inzibati tabeliyinə keçməsi haqqında” sərəncam imzaladı. İki gün sonra Yeltsin “Qara dəniz donanmasının Rusiya Federasiyasının yurisdiksiyasına keçməsi haqqında” sərəncam imzaladı.

İki prezident Daqomısda üzbəüz görüşəndən sonra öz sərəncamlarını ləğv etdilər və donanmanı bölüşdürmək barədə danışıqlar aparmağa qərar verdilər. Nəhayət, 1995-ci ilin iyununda Qara dəniz donanması iki dövlət arasında bölündü və “Slava” Rusiyaya çatdı (əlavə edək ki, bu zaman Gürcüstana heç nə verilmədi). 

Bu bölüşmə baş tutanda gəmi maliyyə çatışmazlığı üzündən hələ də təmirdə idi. Nikolayev gəmiqayıranları artıq xarici dövlət gəmisinə çevrilən kreyseri nisyə təmir etmək istəmirdlər. Borcu ödəmək üçün Rusiya tərəfi müxtəlif üsullara əl atdı, eləcə də gəmidəki AK-630 artilleriya silahlarını Ukraynaya verdi. Təmir yalnız 1999-cu ildə yekunlaşdı. Bu zaman isə gəminin adı dəyişmişdi.

Rusiyanın Qara dəniz donanmasının tərkibində “Moskva” adlı sualtı qayıq əleyhinə kreyseri vardı. Həmin kreyser köhnəldiyindən 1996-cı ildə metallolom kimi Hindistana satıldı. Bundan sonra “Slava” gəmisinin adı dəyişdirilərək, “Moskva” oldu və həm də Qara dəniz donanmasının flaqmanı seçildi. 1998-ci ildə donanmanın qvardiya gəmisi “Krasnıy Kavkaz” metalloloma satıldı və ənənəni davam etdirmək üçün “Moskva”ya qvardiya fəxri adı verildi. 

“Moskva” 2008-ci ildə Rusiyanın Gürcüstana qarşı apardığı Beşgünlük müharibə zamanı Gürcüstanın ərazi sularına daxil olub. Gəminin konkret nə etdiyi barədə məlumat yoxdur, amma həmin müharibədə rus gəmilərinin Gürcüstanın iki katerini batırdığı məlumdur. O da məlumdur ki, müharibədən sonra prezident Medvedev göstərdiyi “şücaət və fədakarlığa görə” “Moskva”nın şəxsi heyətinə təşəkkür elan etdi. 

Krımın 2014-cü ildə işğalı zamanı “Moskva” və digər rus gəmiləri Donuzlav körfəzindən çıxaraq Odessaya getməyə çalışan Ukraynanın Cənub hərbi-dəniz bazasının gəmilərinin qarşısını kəsdi. Qara dəniz donanmasının komandanı Aleksandr Vitko onlardan “Krım xalqına” and içmələrini istədi, amma rədd cavabı ilə üzləşdi. Dörd gəmi batırıldı, digərləri müəyyən müqavimətdən sonra Rusiyanın əlinə keçdi. Bir il sonra onların çoxu Ukraynaya qaytarıldı, üçü isə ruslarda qaldı.

Kreyser 2015-ci ilin sentyabrından Aralıq dənizində, Suriyanın Latakiya bölgəsinin yaxınlığında məskən saldı. Onun üzərinə Latakiyada mənzillənən Rusiya aviasiya qrupunu havadan müdafiəsini təmin etmək vəzifəsi qoyulmuşdu. 2016-cı ilin yanvarında onu eyni tipli “Varyaq” gəmisi əvəz etdi.

Vladimir Putin 2016-cı ildə imzaladığı sərəncamla “Dövlətin təhlükəsizliyinin təmin edilməsində xidmətlərinə, döyüş hazırlığında yüksək nəticələrə, təlim və döyüş tapşırıqlarının yerinə yetirilməsində göstərilən qəhrəmanlıq və fədakarlığa görə” “Moskva” kreyserini Naximov ordeni ilə mükafatlandırdı. 

Kreyserin iştirak etdiyi son hərbi əməliyyat Rusiyanın Ukraynaya təcavüzü oldu. Müharibənin ilk günündə “Vasili Bıkov” patrul gəmisi ilə birlikdə Zmeinıy adasına hücumda iştirak etdi. Bu hücum Ukrayna hərbçisi tərəfindən səslənən və memə çevrilən söyüş ilə daha çox yadda qaldı. Deyilənlərə görə, söyüşün hədəfi məhz “Moskva” idi.

Aprelin 13-də gecə saatlarında Ukraynanın Odessa vilayət administrasiyasının rəhbəri Maksim Marçenko “Neptun” gəmi əleyhinə raketlərlə vurulma səbəbindən “Moskva” kreyserində yanğın başladığını xəbər verdi. Bir qədər sonra Rusiya Müdafiə Nazirliyi yanğın üzündən döyüş sursatının detonasiya etməsi nəticəsində ciddi xəsarətlər aldığını etiraf etdi. Amma bu açıqlamada gəminin batıb-batmaması barədə heç nə deyilmirdi.

Aprelin 14-də gün ərzində gəminin taleyi barədə müxtəlif versiyalar səsləndirildi. Rusiya onun batmadığını, hətta özünün hərəkət edərək Sevastopol limanına istiqamət aldığını bildirirdi. Nəhayət, günün sonunda gəminin yedəkdə Sevastopola aparılarkən “fırtına səbəbindən” batdığı etiraf olundu…

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button