2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Corc Qafarov: “Filmlə bağlı işin üstünə düşüblər, araşdırma aparılır”

Yayımlandı: 17 Mart 2023 12:40

Aktyor Qarabağ müharibəsindən bəhs edəcək filmə ayrılan pulların mənimsənildiyini deyir

Filmin adı “Milyonlarla büdcə”dir. Bu kadrlar çəkilişə hazırlıq prosesidir və təlimdir. Keçən il İkinci Qarabağ müharibəsinə həsr olunmuş, zəfərimizlə bağlı böyük bir film çəkilməli idi. Çəkilmədi, çünki böyük miqdarda pullar yeyildi. Kim necə yedi, orasını yalan deyərəm. Hələ bizə ayrılan biabırçı qonorardan danışmıram. Şəxsən mən o çəkilişə pula görə deyil, mənəvi borc bilib razılıq verdim”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu aktyor Corc Qafarov “İnstagram”da paylaşdığı videoya şərh olaraq yazıb.

Aktyor bildirib ki, filmin çəkilişləri üçün bir ay müddətində təlimlər keçilsə də, sonradan proses dayandırılıb:

Təlimlərdə ayağımız, əllərimiz yara olmuşdu. Bundan şikayətci deyiləm, əksinə, bundan həzz alıram. Amma yanımızda olmalıydınız və bütün aktyorlara qulluq etməliydiniz. Etmədiniz. Bu əziyyətə görə, biz bu az miqdarda olan qonorara razılıq vermişdiksə, maddi tərəfdən yaramırsınızsa, heç olmasa, mənəvi tərəfdən yarıyardınız. Mən vicdanlı olanlar tərəfindənəm, pul yeyənlər tərəfindən deyil. Mən dünyaya işıq saçan insanlar tərəfindənəm. Mən nə edirəmsə, təmiz iş görürəm. Mənim kimdənsə nə qorxacağım, nə də çəkinəcəyim var. Bu mətni yazdım ki, gec deyil, ayılın və vicdanlı olun, işinizlə düzgün məşğul olun. Ümid edirəm, Azərbaycan incəsəntinə ləkə salanlar, bir-bir təmizlənərsiniz. Buna əminəm, geci-tezi var”.

Corc Qafarov sonradan “İnstagram”da paylaşdığı həmin postun mətnini silərək yalnız videonu saxlayıb.

O, Meydan TV əməkdaşı ilə söhbətində filmin sifarişçisi ilə bağlı məlumat verməkdən yayınıb.

Dediyinə görə, hazırda iş araşdırılır və yaxın zamanda hüquqi qiymət veriləcək.

“Sifarişçinin adını çəkə bilmirəm. Nə yazmışamsa odur, artıq-əskik danışa bilməyəcəyəm. Bəzi açıqlamalar verilib ki, bu işin üstünə düşüblər. İş üzərində güclü araşdırma aparılır. Hər şey yaxşıya doğru dəyişəcək”, – aktyor bildirib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button