2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmManşetRedaktorun seçimi

Çovdarovun adamından övladı olacaq müğənni haqda müəmmalar – Özəl

Müğənni Şəbnəm Tovuzlu onu MTN generalı Akif Çovdarovla təhdid etmiş sevgilisindən uşaq dünyaya gətirir.


Sənətçi ana olmağa hazırlaşır və sentyabrın 19-da qafqazinfo.az-ın yaydığı bu informasiya xəbər lentlərində trend kimi keçirdi.
Maraqlıdır ki, rəsmi nikahda yaşadığı Famil Xəlilov adlı şəxs tərəfindən MTN generalının vasitəsi ilə hədələnmiş müğənni indi onun övladını bətnində daşıyır.
Generalın “Ümid var” verilişi…

seb1
24saat.org arxiv materiallarına, bir-iki ay qabaq tərəflərin verdiyi açıqlamalara ekskursiya edib.
Bu arxi-aktual mətnlərdən çıxan nəticə müğənni ilə bağlı bəzi müəmmalara səbəb olub. Xüsusilə Familin açıqlamasından yaranan qənaət ondan ibarətdir ki onların münasibətləri heç də yaxşı deyil. Halbuki Şəbnəm barışdıqlarını söyləyib. Bu barədə daha sonra…
Ondan başlayaq ki, Çovdarovun qurbanı olmuş Şəbnəm Famillə münasibətlərdə problem yaşandığını etiraf edib. O zaman Şəbnəm Famildən ayrılmaq istəyirmiş.
Qarşı tərəf isə şəxsi münasibəti olan Çovdarovla əlaqə saxlayıb. MTN generalı müğənnini çağıraraq ona təzyiq göstərib və Familin bağışladığı evi qaytarmağı tələb edib.
Şəbnəmin sözlərinə görə, qısqanclıq zəminində anlaşmazlıq aradan qalxıb və sevgilisi ilə əlaqələri bərpa olub. Belə məlum olur ki, qocaman generalın işi-gücü ATV-də bir vaxtlar yayımlanan “Ümid var” verilişi kimi küsənləri barışdırmaq ya da mhəkəmə kimi ayrılmaq istəyənlərin aliment, əmlak problemini həll etmək olub.
“Evrostroy” uğrunda şəriklərin davası

Saytların yığılması Saytlarin yigilmasi

seb2
Bəs, kimdir Famil Xəlilov və o hara, Çovdarov hara? Bu barədə media üzərindən apardığımız araşdırmalar bəzi mətləbləri üzə çıxarıb.
24saat.org xəbər verir ki, Famil Qoçu oğlu Xəlilov Şəmkirin Şiştəpə kəndindəndir. Bakıya bir neçə ilə əvvəl Peterburqdan köçüb.
Onunla birgə Zaur Rəfael oğlu İmamverdiyev də olub. Bakıda F.Xəlilovla Z.İmamverdiyev digər həmyerliləri, Şəmkirin Düyərli kəndindən olan Seymur İsayevlə biznes qurublar.
Şəriklər “Evrostroy” tikinti şirkətində həmin vaxt S.İsayevlə Hacı Rafael Qarayevə ortaq olublar. S.İsayevin şirkətə həmyerlilərini şərik etmək istəməsi R.Qarayevin ciddi narazılığı ilə qarşılanıb. Aralarında mübahisə yaranıb və dərinləşib.
Çovdarov şəriki necə məhv etdi?

seb3
24saat.org xəbər verir ki, kik-boks üzrə idman ustası olan R.Qarayevi şəriklikdən uzaqlaşdırmaq üçün başlanan dava-dalaş uzanır.
Bu mübahisələrin sonunda S.İsayev A.Çovdarova müraciət etməli olub. Onların tanış olduqları deyilir.
MTN generalının işə qarışması məsələyə möhürünü vurur və Qarayev biznesdən kənarlaşdırılır. İddialara görə, Çovdarov tərəfindən təzyiqlə üzləşən biznesmen şəriklikdən getməyə məcbur qalır.
Bununla da aydın olur ki, şəmkirli ortaqlar hər hansı problemi çözməkdə çətinlik çəkəndə “mafiya babası” kimi ad çıxarmış generalla şəxsi tanışlıqdan istifadə edirlər.
İsayevin Çovdarovla münasibətləri elə Familin də generala yaxınlaşmasına gətirib çıxarır. Nəticədə iş adamı münasibətdə olduğu müğənniyə təzyiq etmək üçün generalın gücündən yararlanır.
Familin açıqlamasındakı müəmma

24saat.org mətbuatda yayılan məlumatlara istinadən bildirir ki, F.Xəlilovla S.İsayev A.Çovdarovun həbsindən sonra Azərbaycanı tərk ediblər.
Onların Türkiyədə məskunlaşdıqları deyilir. Bildirilir ki, S.İsayev Türkiyədə otelçiliklə məşğuldur, onun “Sipark” adlı oteli var. Şəbnəm isə açıqlamasında Familin ölkədə olduğunu söyləyib.
F.Xəlilov özü isə bir müddət əvvəl musavat.com-a açıqlama verib. Bu da onu göstərir ki, iş adamı ölkədə olub. O, Ş.Tovuzlu haqda danışmaq istəməyib: “Xahiş edirəm, Şəbnəm haqda mənə sual verməyin, onun adını hallandırmayın”.
Familin bu çıxışı tərəflərin arasında soyuq münasibətlər olduğuna dəlalət edir. Lakin xəbər saytlarının ötən gün Şəbnəmin analığa hazırlaşdığını və uşağın Famildən olduğunu yayması ziddiyyətlər yaradır.
Biznesmen Çovdarovla şərik olması barədə deyilənlərə də münasibət bildirib. O deyib ki, Çovdarovun heç sifətini tanımır. Bildirib ki, keçmiş şəriki R.Qarayevdən MTN-ə şikayət edilib, o da bu vasitə ilə MTN-ə gedib.

Şəbnəmin evi kimin adınadır?

sebb
Sitat: “Ondan MTN-ə şikayət eləmişdilər. O da MTN-dən zəng elədi, məni çağırtdırdı. Orada məndən pul istədilər. Dedim, vermirəm. 150 min pul aldılar, bizi buraxdılar”.
F.Xəlilovun bu çıxışı da təzadlıdır. Onun MTN generalı ilə əlaqələrindən söz açılır, müğənni də bunu təsdiqləyir, özünün isə Çovdarovu tanımadığını bildirməsi azmış kimi, 150 min ondan alındığını qeyd edir.
Ş.Tovuzluya gəlincə, onun MTN-də 4 gün saxlandığı haqda iddia var. Həmin 4 gün ərzində müğənniyə Familin bağışladığı, Keşlə bazarı ilə üz-üzə “Qafqaz” MTK-nın inşa etdiyi binadakı 3 otaqlı mənzildən zorla imtina etdiriblər.
Həmin mənzil Familin adamı Abbas Həsənlinin adına rəsmiləşdirilib. Müğənniyə isə deyiblər ki, onu MTN-dən azad edilməsini xahiş edən S.İsayevdir. Guya S.İsayev Çovdarovdan bunu rica edib.
Maraqlı məqamlardan biri də budur ki, Şəbnəm MTN-ə aparılandan dərhal sonra bəzi saytlarda onun qadın alverçisi kimi həbs edilməsi xəbəri yayılıb. Bu gün də həmin xəbərlır bəzi saytlarda qalmaqdadır.
MTN-dən azad edilən müğənni “Edem” restoranında olan S.İsayevin hüzuruna aparılıb. Orada müğənni ən sərt şəkildə danlanıb.
Çox keçmir ki, onun adı hansısa icra başçısı ilə sevgili olmaqda hallanır. Müğənni isə dərhal təkzib edir. Ardınca da ötən gün F.Xəlilovdan övladı olacağı haqda xəbərlər tirajlanır…
P.S Yazıdakı iddialar və mediada yazılanlarla bağlı adı keçən tərəfləri dinləməyə hazırıq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button