2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Çovdarovun podvala atmaqla hədələdiyi şəxslərlə bağlı – İstintaq ifadəsi

Hazırda həbsdə olan ləğv edilmiş MTN generalı Akif Çovdarov

istintaqa ifadəsində “Bələdiyyələr epizodu” üzrə danışıb.

İttihamda qeyd edilib ki, A.Çovdarov yaxın dostu Adil Yaqubov vasitəsilə Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilovu yanına çağıraraq “3 ildir işləyirsən, yığdığını yığmısan, indi də gətir 100 min ver” deyib. General “qonağı olan” bələdiyyə sədrinə digər həmkarını da tapşırıb. İ.Xəlilovdan Binəqədi bələdiyyəsinin sədri Elman Salmanova da xəbər göndərtdirib və E.Salmanovun 150 min dollar verməli olduğunu deyib.

Saytların yığılması Saytlarin yigilmasi

A.Çovdarov isə istintaqa ifadəsində E.Salmanovu tanımadığını, İ.Xəlilovu isə dələduz kimi tanıdığını və hətta, İlham Xəlilovun ona “atdığını” deyib: “İlham Xəlilova Elman Salmanovdan pul almasını deməmişəm. Yəqin, İlham özü mənim adımdan istifadə edib”.

Bundan sonra A.Çovdarov İ.Xəlilovu necə tanıdığını danışıb: “İlham Xəlilovu Adil Yaqubov vasitəsilə tanımışam. Adil Yaqubovla isə 1998-ci ildə Daxili İşlər Nazirliyində işləyəndən bəri tanışam. İlham özü dələduzdur. 2007-ci ildə qohumum İlqar “Ekologiya postu”nun yanındakı Daş bazarının yaxınlığında torpaq almaq üçün İlham Xəlilova 7500 dollar vermişdi. Hələ sonradan İlham ona minnət edərək hasar çəkdirdiyini deyib və 2 min dollar da buna görə almışdı. Amma bunu da yalandan edibmiş, çünki o hasarı dövlət onsuz da çəkirdi”.

Çovdarov İ.Xəlilovla yollarının növbəti dəfə necə kəsişməsini də açıqlayıb: “Mən İlhama hədə qorxu gəlib Adilin adına 10 hektar torpaq keçirt deməmişəm. Adil Yaqubov özü “Zəli Gölü” ərazisində 10 hektar torpaq almaq istəyib, İlham da ona kömək edəcəyini deyib. İlham guya torpaqğın sahiblərinə vermək üçün Adildən pul alıb, amma aldadıb. Elə həmin torpaqlar bələdiyyənin sərəncamında imiş”.

İttihama görə, İ.Xəlilov tələb olunan pulu vaxtında çatdırmadığı üçün təkrar Çovdarovun “qonağı” olub və orada general bələdiyyə sədrinə “sən generalı barmağına dolamısan? Məni yaxşı tanımırsan, səni həbs edərəm, başına torba keçirib, “podval”a ataram” deyərək hədələyib.

A.Çovdarov bu ifadəsini də, hər iki bələdiyyə sədrindən pul tələb etməsini də təkzib edib: “İlham Xəlilov bir çox adamlara pul “atıb”. İndi həmin pulları qaytarmamaq üçün, ya da vaxt udmaq üçün mənim adımı çəkir”.

Qeyd edək ki, A.Çovdarov ittiham olunduğu 25-dən çox epizodun yalnız 10-u haqqında danışıb.(qafqazinfo)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button