2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Çovdarovun vəkili 800 minlik şantaj iddiası üzrə məhkəmədə dindirildi

Yayımlandı: 28 Fevral 2023 11:48

İddiaya görə, Kamandar Nəsibov müdafiə etdiyi şəxsin çəkişdiyi adamla əməkdaşlıq etməyə başlayıb

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Akif Çovdarov və başqa bir başqa məşhurların vəkili olan Kamandar Nəsibov özü bu dəfə məhkəmədə dindirilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsində 800 min manatlıq şantajla bağlı cinayət işində ifadə verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu cinayət işində “Azimport” şirkətinin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərova hədə-qorxu gəlib, ondan 800 min manat tələb olunduğu, bu məbləğin 500 min manatının alındığı iddia olunur.

Təqsirləndirilən şəxs qismində tanınan Kamal Akimov isə deyir ki, Azər Əsgərov ona böhtan atır. Onun sözlərinə görə, 2012-ci ildə “Azimport” şirkəti onun “Bayıl” qəsəbəsində (Səbail rayonu, Ziya Yusifzadə küçəsi 8) əmlakını söküb, kompensasiya ödəməyib. İllərlə davam edən məhkəmələrdən sonra əmlaka görə ödənilən 500 min manatı indi hədə-qorxu ilə alınmış pul kimi təqdim edir. Kamal Akimov vurğulayıb ki, uzun müddət davam edən çəkişmələrdən sonra 2016-cı ildə Azər Əsgərovla 800 min manata razılaşıblar. Azər Əsgərov 500 min manatı ödəyib, qalan 300 min manatı isə verməyib. Bu səbəbdən aralarında narazılıq yarananda Azər Əsgərov ona böhtan atmağa başlayıb.

Azər Əsgərov isə şikayətində iddia edib ki, Kamal Akimov onu özü və ailəsilə hədələyərək, 800 min manat tələb edib, bunun 500 min manatını alıb.

Hazırda Kamal Akimov həbsdə olmasa da, Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunur.

Kamal Akimov məhkəməyə sözügedən əmlak, onun sökülməsi, sonradan məhkəməyə müraciətlər və s. haqda sənədlər də təqdim edib. Vəkil Kamandan Nəsibovun bu məhkəmə prosesində dindirilməsinin səbəbi də bununla bağlıdır. Çünki Kamal Akimovun o dövrdə əmlakın sökülməsinə görə “Azimport” şirkətinə qarşı qaldırdığı iddialar üzrə məhkəmələrdə vəkil kimi hüquqlarını müdafiə edib. Günlərin birində isə Kamandar Nəsibov Kamal Akimova təklif edib ki, qarşı tərəflə – “Azimport” şirkətinin rəhbəri Azər Əsgərovla görüşsün. O da təklifi qəbul edib və görüş də Kamandar Nəsibovun ofisində baş tutub.

Kamal Akimov iddia edir ki, 800 min manatlıq razılaşma da həmin görüşdə əldə olunmuşdu.

“Kamal Akimovun mülki işiylə məşğul olmuşam. Məhkəmələrdə əleyhimizə qərar çıxarıldı. Təklif elədim ki, Azər müəllimlə görüşsünlər. Görüş zamanı söhbətlərin tam içində olmamışam. Amma aralarında gərginlik vardı. Kamal Akimov söküntüyə görə pul istəyirdi. Sonradan bildim ki, razılaşmayıblar. Mən bir başqa işimdə Azər müəllimlə görüşəndə dedi ki, Kamal həddi aşır…”, – Kamandar Nəsibov ifadəsində bildirib.

Kamandar Nəsibov məhkəmədə Kamal Akimov və vəkilinin suallarının bir çoxuna “yadımda deyil”, “çoxdan olub, xatırlamıram” cavablarını verib. Hətta öz ofisində görüşdə digər şəxslərin iştirak edib-etmədiyini belə xatırlamadığını deyib. Kamal Akimov isə bildirib ki, orada başqa şəxslər də olub və bunun sübutları da var: “Nurəddin Səlimov da orada iştirak edib”.

O da aydınlaşıb ki, Kamandar Nəsibov Kamal Akimovdan sonra Azər Əsgərovla əməkdaşlıq etməyə başlayıb.

Məhkəmədə dindirilən Əli Məmmədov adlı daha bir şahid iddia edib ki, onu Bakı şəhər Baş Polis İdarəsində saxlayıblar. Həmin vaxt Kamal Akimov gələrək, təzyiq altında ondan Azər Əsgərovun əleyhinə ifadə verməsini tələb edib: “Mən “Azimport” şirkətində işləyidim, hörgü, suvaq işinə baxırdım. Məndən tələb edirdi Azər Əsgərovun üzünə durub deyim ki, onun tələbilə Kamal Akimovun obyektini sökmüşük”.

Kamal Akimov onun dediklərinin yalan olduğunu, Bakı şəhər Baş Polis İdarəsinə onun sərbəst giriş və hərəkət imkanının mümkünsüz olduğunu bildirib. Şahid Əli Məmmədovdan isə onunla Azər Əsgərov arasında hansısa cinayət işi olub-olmadığını soruşub. Əli Məmmədov bu suala konkret cavab verməyib: “Bunun məsələyə nə aidiyyəti var ki?!”

Əli Məmmədov “Azimport” şirkətində işləyərkən pulunun verilmədiyini iddia edərək, Azər Əsgərovdan onu tələb edib. Nəticədə aralarında qalmaqal yaranıb və Azər Əsgərov ona qarşı şikayətlə hüquq-mühafizə orqanlarına müraciət edib. Əli Məmmədov saxlanılıb, barəsində xuliqanlıq ittihamıyla cinayət işi başlanıb.

Kamal Akimov hesab edir ki, şahid məhz həmin cinayət işinə görə Azər Əsgərovdan asılı vəziyyətdədir və bu üzdən onunla bağlı yalan ifadə verir.

Bu iş üzrə məhkəmə prosesi davam edir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button