2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

COVİD-19-a yoluxma hallarının sayı azalır

Bakı/10.12.21 Azərbaycanda koronavirus infeksiyasına son sutkada 1109 yoluxma faktı qeydə alınıb, 1946 nəfər sağalıb, 17 nəfər vəfat edib, bu barədə dekabrın 10-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

İndiyədək ölkədə ümumilikdə 602 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 573 034 nəfər sağalıb, 8 055 nəfər vəfat edib. Aktiv xəstə sayı 21 048 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 532 test icra olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda, son sutka ərzində 31 155 nəfər COVID-19 əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 441, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 862 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 23 852 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 837 528, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 114 379, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 609 478 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 113 671 nəfər təşkil edir. -06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button