Loading...
Loading...
Xəbərlər

COVID-19-a yoluxma sayı yenə artdı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 257 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb, dörd nəfər ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırda aktiv xəstə sayının 1 min 96 nəfər olduğu bildirilir.

Rəsmi məlumata görə, indiyədək Azərbaycanda 794 min 913 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 784 min 90 nəfər müalicə olunaraq sağalıb, 9 min 727 nəfər xəstəlikdən vəfat edib.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 6.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  'MTN işi'ndə zərərçəkmişlərin etiraz aksiyası

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button