2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

COVID-19 infeksiyasına 1 117 yeni yoluxma faktı qeydə alınıb

Bakı11.12.21 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 117 yeni yoluxma faktı qeydə alınıb, 1 581 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 603 254 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 574 615 nəfər müalicə olunaraq sağalıb, 8 070 nəfər vəfat edib. 20 569 nəfər aktiv xəstə sayını təşkil edib.

Saytların yığılması Saytlarin yigilmasi

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 081 test icra olunub.

 

Son sutkada koronavirus (COVID-19) əleyhinə 31 944 vaksin vurulub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 447, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 198 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 24 299 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 869 472, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 117 826, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 613 676 nəfər təşkil edir.

Ümumilikdə isə 1 113 970 buster doza vurulub.-0-

 

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button