İqtisadiyyat

“COVID-19 normal qrip virusuna çevriləcək”

Loading...

“Dünyadan COVID-19 xəstəliyi təmizlənməyəcək, normal qrip virusuna çevriləcək”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, terapevt Zakir Quliyev “COVID-19-un ev şəraitində müalicəsi” mövzusunda çıxışında deyib.

O bildirib ki, çünki virus tez-tez mutasiyaya uğrayır və peyvəndlər bu xəstəlik üzərində tam hakim ola bilməz: “Peyvənddən sonra koronavirusa yoluxma qeydə alınır. Əvvəldən qeyd edilmişdi ki, vaksin insanı xəstəlikdən 100 faiz qorumayacaq. Amma klinikada yatan xəstə sayları azalıb.Yoluxanlarla xəstəxanaya yatanlar arasında inanılmaz fərq var. Xəstəxanaya yerləşənlərin çoxu vaksin olunmayan şəxslərdir”.

Həkim qeyd edib ki, yoluxmaların artması insanları qorxutmasın: “Bu say çox olsa da, indi xəstəlik vaksin olunan insanlarda yüngül gedir. Peyvənd vurdurmayanlarda isə xəstəlik eynidir”. 

APA

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button