2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

COVID qurbanı tibb işçilərinin ailələrinə 133 min dollar verilir

Səudiyyə Ərəbistanı koronavirus pandemiyası ilə mübarizədə həlak olmuş hər bir tibb işçisinin ailəsinə yarım milyon rial (133 min dollar) ödəməyə başlayıb.

Dövlət mediasının avqustun 8-də yazmasına görə, hökumət, yaxud özəl, mülki, yaxud hərbi tibb sektorunda COVID-19-la mübarizədə həlak olmuş səudiyyəli, yaxud qeyri-səudiyyəlilərə 500 min rial ödənəcək.

Saytların yığılması Saytlarin yigilmasi

SPA dövlət xəbər agentliyi yazır ki, onlar “krallığın vətəndaşları və rezidentlərinin sağlamlığı və təhlükəsizliyinin qorunmasından ötrü həyatlarını qurban veriblər”.

İndiyədək ölkədə pandemiyadan 8 min 320 nəfərin həlak olduğu bildirilir. Onların neçəsinin tibb işçisi olduğu açıqlanmayıb.

30 milyon əhalisi olan Səudiyyə Ərəbistanında indiyədək 30 milyon dozaya yaxın vaksin vurulduğu bildirilir. Ölkədə hər gün mindən az yoluxma aşkarlanır.

Ümumilikdə isə 533 min yoluxma təsdiqlənib.

Ölkədə koronavirusdan ilk ölüm 2020-ci il martın 2-də qeydə alınıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button