2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

“Çox qəddardır, orada narazılıqlar var” – Keçmiş dövlət müşaviri Elmar Vəliyevin güllələnməsindən DANIŞDI

“Mən ilk növbədə onu qeyd etmək istəyirəm ki, həmin günlərdə Azərbaycan hakim dairələrindən bir-birini təkzib edən 3-4 versiya ortalığa atılmışdı. Hamı buna diqqət yetirdi ki, hakimiyyət tərəfindən verilən reaksiyalarla – bəzi yüksək çinli məmurların da şərhləri bura daxildir, eyni zamanda dövlət orqanlarının rəsmi məlumatları da – tanış olanda görürsən ki, bir-birinə zidd, bir-birini təkzib edən 3-4 versiya irəli sürülür. Gün-gündən də bu proseslər davam edir”.

24saat.org  xəbər verir ki, bu fikirləri Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, keçmiş dövlət müşaviri, politoloq Eldar Namazov “Yeni Müsavat”a müsahibəsində Gəncənin icra başçısı Elmar Vəliyevin güllələnməsinə münasibət bildirərkən açıqlayıb.

O, bu hadisədən müxtəlif xarici qüvvələrin istifadə etmək istədiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda hadisənin baş verməsində məmur özbaşınalığının da ciddi rol oynadığını bildirib:

 

“Təbii ki, biz həmişə belə üsulların, cinayətlərin əleyhinə olmuşuq və birmənalı olaraq belə hadisələr pislənməlidir. Sadəcə olaraq, hər bir hadisədə medalın iki üzü olur. Biz odlu silahdan istifadə edib hansısa məmurlardan qisas alınmasını pisləməklə yanaşı, hakimiyyətdən belə məmurlarla bağlı vaxtında ölçü götürülməsini də istəməliyik. Ümumiyyətlə, son illərdə Azərbaycanda bir neçə ciddi hadisələr baş verdi, başqa-başqa sahələrdə baş verməsinə baxmayaraq, onları birləşdirən bir amil var. Məsələn, Azərbaycanın Beynəlxalq Bankında az qala dövlət büdcəsinə bərabər olan vəsait talan edildi, sonra üstü də açıldı. MTN-də mütəşəkkil cinayət qrupu formalaşdı və illərlə iş adamlarına divan tuturdu, sonra onların üstü açıldı. Ondan sonra Mingəçevirdə qəza və Gəncədəki hadisə baş verdi. Bilirsinizmi bunların hamısını birləşdirən hansı amildir? Bu hadisələrin biri bank, digəri milli təhlükəsizlik, digəri enerji sektorunda, başqası icra və yerli camaat arasındakı narazılıq zəminində oldu. Ancaq bunları birləşdirən bir amil var. O hadisəyə gətirib çıxaran proseslər illərlə davam edirdi. MTN-də baş verənlər, Beynəlxalq Bankdakı talançılıq bir gündə baş vermədi, bu, illərlə davam edirdi. Prezidentin yanındakı müşavirədə məlum oldu ki, Mingəçevir Elektrik Stansiyası ilə bağlı illərlə arayışlar verilib ki, orda nöqsanlar, təhlükəli qəzaya səbəb ola biləcək amillər var. Gəncədə icra başçısı ilə bağlı illərlə mətbuatda materiallar gedirdi ki, insanlarla davranışı çox kobuddur, çox qəddardır, orda narazılıq var və nə isə baş verə bilər. Bunları birləşdirən amil odur ki, dövlət idarəetmə sistemində nəzarət funksiyası artıq yoxdur, hiss olunmur.

Nəzarət funksiyası olsaydı, vaxtında tədbir görülərdi. Həm MTN, həm Beynəlxalq Bank, həm Mingəçevirdə baş verən hadisə, həm Gəncədə yaranmış ab-hava ilə bağlı hadisə baş verməzdi. Nəzarət funksiyasını itirəndə məmur özbaşınalığı illərlə müxtəlif sahələrdə davam edir və hardasa partlayışlar baş verir. Bunlar hamısı Azərbaycan üçün çox böyük təhlükə yaradan amillərdir. Ona görə də mən söhbətimizin əvvəlinə qayıdıram ki, burada dövlətimizin tədbirlər görməsi çox vacibdir. Belə bir geopolitik durumda, hətta Azərbaycanın ətrafında da təhlükəli proseslər gedir, regional müharibələrə bizim sərhədlərimizə yaxınlaşır. Bizim ordumuzun qarşısında duran vəzifələr var. Ordumuz buna hazırdır, mən buna tam əminəm. Ancaq gərək arxa cəbhədə tam əmin-amanlıq olsun. Bütün bu məsələlər bizim idarəetmə sistemindəki nöqsanlarla uzlaşmır. Bu məsələdə ciddi, sistemli tədbirlər görülməlidir. Əgər biz torpaqlarımızın azad olunmasını, daxildə sabitliyin, əmin-amanlığın qorunmasını istəyiriksə, dövlət idarəetmə sistemi saat kimi işləməlidir, dəqiq, operativ və obyektiv olmalıdır. Buna nail ola bilməsək, qarşımızda duran böyük və çox mürəkkəb vəzifələri həyata keçirməkdə ya böyük çətinlik çəkəcəyik, ya da bu, mümkün olmayacaq”.

Natiq Həziquliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button