2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Çoxmilyonluq “Biz Mübarizik” kampaniyası davam edir

Tanınmış iş adamı Mübariz Mənsimovun “Biz Mübarizik” müdafiə kampaniyası sərhədləri aşır. Həbs olunduğu gündən bəri xeyriyyəçi milyarderin müdafiəsinə milyonlarla adam qoşulub. Xaricdə yaşayan azərbaycanlıların təşəbbüsü ilə yaradılan Mübariz Mənsimovun Hüquqlarının Beynəlxalq Müdafiə Komitəsinin imza kampaniyasına 10 min adam qoşulub. Dünən Müdafiə Komitəsini təmsil edən 26 nəfərin adından Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət göndərilib. Ərdoğana başqa bir müraciət də Azərbaycanın tanınmış ziyalıları adından ünvanlanıb. Həmin müraciəti tarixçi alimlər Cəmil Həsənli, Nəsiman Yaqublu, professorlar Qulu Məhərrəmli, Tofiq Şahtaxtinski, Adil Qeybulla, iqtisadçı alim Qubad İbadoğlu, şair Rüstəm Behrudi və başqaları imzalayıb. Bu arada Mənsimova dəstək məqsədilə başlanan “biz Mübarizik” kampaniyası dünyada çox sayda tərəfdar toplayıb. Dünən “Palmali” Şirkətlər Qrupunun təqaüd verdiyi tələbələr və onların valideynləri sosial şəbəkələrdə #freedomforMubarizMansimov haştaqı ilə video-roliklər yayaraq, xeyriyyəçi iş adamının azadlığa buraxılmasını tələb ediblər. Son günlər ərzində müxtəlif ölkələrdə təhsil alan tələbələr, sadə azərbaycanlılar və tanınmışlar da bənzər video-roliklərlə kampaniyaya qatılıb. Bundan başqa, dünən Türkiyədə minlərlə adam “Biz Mübarizik” şüarı ilə yürüş-aksiya keçirib. Xatırladaq ki, bənzər aksiya bir az əvvəl Bakıda keçirilmişdi.

Dünyada Mübariz Mənsimov kimi neçə milyarder var? Ən azı hər kəs 3-4 məşhur şəxsin adını çəkə bilər. Bəs nədən hədəfə gələn məhz Mübariz oldu? Sualın cavabı hər kəsə bəlli. Mübariz bunca insan sevgisini boşuna qazanmayıb. O, başqa azərbaycanlı milyarderlərdən fərqli olaraq, qazandığından imkansız insanlara da xərcləyib, tələbələrə təqaüd verib, müalicəsi böyük xərc tələb edən yoxsul uşaqların müalicəsinə yardım edib, yüzlərlə azərbaycanlını işlə təmin edib. Mənsimov həm də öz ölkəsinə bağlı olan bir iş adamıdır və bunu hər çıxışında dilə gətirib. Onun sifarişli həbsindən qəzəblənən, narahat olan və aktiv şəkildə müdafiəsinə qalxan insan sayının gündən-günə artması da təsadüfi deyil. Sosial şəbəkə istifadəçiləri son günlər Ərdoğanın FB səhifəsinin #FreeMubarizMensimov şərhləri ilə necə dolub-daşdığını bilir. Belə şərhlərin sayı bəzi günlər minlərlə olur. Hər halda, Türkiyə prezidenti də, Türkiyə ictimaiyyəti də bu mesajlardan nəticə çıxarıb, sifarişli həbsin ölkə adına rəzalət olduğunu anlayar və iş adamının bəraət alması işi tezləşər. Çünki tanınmış milyarderin həbsinin SOCAR-la bağlı çəkişmələrdən qaynaqlandığını və sonrakı mərhələdə ölkə rəhbərləri səviyyəsində razılaşdırıldığını təxmin etmək çətin deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Mənsimovu həbsxanada nə qədər saxlayacaqlar? Həbsin sifarişi yuxarıdan gəldiyinə görə, hər halda, məsələ bir az uzanacaq. Amma müdafiə kampaniyalarının uğurlu şəkildə getməsi sifarişçiləri və Türkiyə hökumətinin özünü də fakt qarşısında qoya bilər. Təcrübə belə həbslər zamanı bənzər kampaniyaların böyük rol oynadığını göstərir. O mənada “Biz Mübarizik” kampaniyasının genişlənməsi də iş adamının tezliklə azadlığa qovuşması istiqamətində faydalı olacaq. Onun qondarma, rüsvayçı ittihamlarla sifarişli həbsi isə tarix boyu Azərbaycan və Türkiyə hökumətlərinin üstündə qara bir ləkə olaraq qalacaq.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button