2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

CPJ: Azərbaycan hakimiyyəti dərhal jurnalist Əfqan Muxtarlını azad etməlidir

Jurnalistləri Müdafiə Komitəsi mayın 30-da açıqlama yayıb

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycan hakimiyyəti dərhal jurnalist Əfqan Muxtarlını azad etməli, onun qonşu Gürcüstana qayıtmasına icazə verməlidir.”

Jurnalistləri Müdafiə Komitəsi mayın 30-da yaydığı açıqlamada bildirib.

Ə.Muxtarlı mayın 29-da axşamdan yoxa çıxıb, bir gün sonra isə onun sərhəddən keçirilərək Bakıya gətirildiyi bəlli olub.

Vəkilinin sözlərinə görə, jurnalist Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddələriylə, yəni sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham edilir. O, vəkilinə Tbilisidə zorla maşına oturdulduğunu, döyüldüyünü, cibinə 10 min avro atıldığını deyib. Ə.Muxtarlının pasportu isə Tbilisidə yaşadığı evdə qalıb.

CPJ media məlumatlarına əsasən yazır ki, Gürcüstanın Daxili İşlər Nazirliyi Muxtarlının qanunsuz saxlanması iddialarını araşdırır. CPJ jurnalistin Gürcüstandakı statusunu müəyyənləşdirə bilməyib.

«Gürcüstan hakimiyyəti Əfqan Muxtarlının dərhal buraxılmasını, Tbilisiyə qayıtmasına imkan verilməsini tələb etməlidir», – CPJ-nin Avropa və Orta Asiya üzrə proqram koordinatoru Nina Ognianova deyib.

«Azərbaycanda müstəqil xəbərləmə işinə təzyiqlər bir çox jurnalistləri sürgünə məcbur edib. Onların zorla Azərbaycana qaytarılması ölkənin mətbuata düşmən münasibətinin göstəricisidir», – Ognianova söyləyib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button