Loading...
Loading...
Dünya

Dəfn ediləndən 11 gün sonra atasına zəng etdi – Dünya bu şəxsdən danışır

Ata oğlunu dəfn edəndən sonra ondan telefon zəngi gəlib.

Metbuat.az “The Observer” qəzetinə istinadən xəbər verir ki, Kaliforniya ştatının cənubunda ata oğlunu dəfn edəndən 11 gün sonra ondan telefon zəngi gəlib.
Bildirilir ki, Fountain Valley qəsəbəsindəki Verizon mağazasının arxasında meyit tapılıb. 82 yaşlı ata Frank J Kerrigan bu xəbəri alan kimi morqa zəng edib. Ataya onun küçədə yaşayan 57 yaşlı ruhi xəstə oğlunun həyatını itirdiyini deyiblər.

Oğul Kerrigan“Orange” qəbristanlığında torpağa tapşırılıb.

Atanın sözlərinə görə, oğlunu uzun zamandır görmədiyindən onun yaşlanaraq belə dəyişdiyini düşünüb. Bu üzdən dəfn zamanı oğlunu tanımayıb.

11 gün sonra ataya oğlundan telefon zəngi gəlib.Məlum olub ki, “Orange” morqunda meyitin kimliyini yanlış müəyyən ediblər.

Gözdən qaçırmayın:  Rusiya Ukraynanın şəhərlərini bombalayır. Desant qüvvələri Xarkovda

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button