2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

‘Dəmir Yolları” QSC-nin rəsmisindən aşağılayıcı AÇIQLAMA

“Hər yerindən duran SV-yə bilet alır”

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqlarının orta hesabla 10% artırılması səbəbləri barədə danışıb.

M.Şıxəmirovun sözlərindən belə aydın olub ki, dəmir yollarının rəhbərliyinin istənilən bir şəxsin SV vaqonlara billet almaq imkanının olması xoşuna gəlməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Kommersant.az saytına danışan M.Şıxəmirov deyib ki, SV-də yer tapmaq olmurdu, hər gələn, hər yerindən duran gəlib SV-yə bilet alırdı.

“SV- ilə o biri vaqonlar arasında çox cüzi qiymət fərqi var idi. O fərqi aradan qaldırmaq üçün qiyməti qaldırdıq. SV-yə əsasən imkanlı şəxslər bilet alır”.

Kupe vaqonlara billetin qiymətinin artırılmasını isə, dəmir yollarının rəsmisi ailə ilə gedən insanlara yardım etmək istəyi ilə izah edib.

“Kupelərdə aşağı yerlərin qiyməti qaldırılıb. Buna səbəb vətəndaşların, qiymət fərqi olmadığına görə kassaya yaxınlaşıb aşağı yerləri almasıdır. Aşağı yerlər alınır, tam qurtarandan sonra digər vətəndaşlar gəlib yuxarı yerləri almağa məcbur olur. Ailə ilə gələn adam 4 yer almalıdır, məlum olur ki, 1 kupedə 4 yer yoxdur. 2 aşağı yer alınıb, qalır 2 yuxarı yer. Biz aşağı yerin qiymətini qaldırmışıq ki, vətəndaşlar aşağı yer baha olduğuna görə ona üstünlük verməsinlər. 4 nəfərlik ailə gələndə onlar üçün problem olmasın. Yəni, yerlər bərabər satılsın”.

Onun sözlərinə əsasən, əvvəlki qiymətə nisbətən plaskartda təxminən 1 manat 50 qəpik, kupe vaqonlarda isə 2 manat fərq yaranır.

Nazim Baydəmirli
Nazim Baydəmirli.

İqtisadçı-alim Nazim Bəydəmirli Meydan TV-yə Mədət Şıxəmirovun açıqlamasının ona çox qəribə gəldiyini bildirib:

“Dövlət şirkətində çalışan şəxsin aşağı səviyyəli müqayisə aparması qəribədir. Əslində, bu açıqlama vətəndaşı aşağılamaqdır. Əslində Azərbaycan Dəmir Yolu rəsmisi “..hər yerdən duran gəlib SV-yə bilet alırdı..” deməklə Azərbaycan xalqını aşağılayıb. Yaxşı olardı ki, o adamdan yuxarı vəzifədə oturan digər rəsmi şəxs mətbuatın önünə keçib bu ifadələrə görə üzr istəsin”.

Nazim Bəydəmirli deyib ki, qiymət artımı əslində iqtisadi baxımdan əsaslandırılmalıdır.

“Özünə hörmət edən şirkət maya dəyərinin nədən qaldırılması haqda ictimaiyyəti məlumatlandırılmalı, tərəfsiz auidit göstərməli və müzakirəyə çıxarmalıdır. Heç olmasa başqa ölkələrin təcrübəsinə əsaslansınlar. Məsələn, Türkiyədə dövlət rəsmilərinin açıqlamalarına baxıb öyrənsilər, ki, qiymət artımı nəyə görə vacibdir, artım nəticəsində şirkət nə qədər qazanacaq, qazanc hara yönələcək, istehlakçılar üçün hansı üstünlükləri olacaq. Amma Mədət Şıxəmirovun dedikləri belə təəssürat yaradır ki, qiymət artımı əsaslandırılmayıb. Sadəcə, bu və ya digər formada istehlakçıların hesabına səmərəsiz idarəetməınin xərclərini qarşılamaqdan başqa bir şey deyil”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button