2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

‘Dəmiryolu müharibəsi’

Arestoviçin sözlərinə görə, qarşı tərəfin ən effektli təchizat vasitəsi olan dəmiryollarını dağıtmaqla vəziyyəti Ukraynanın xeyrinə radikal şəkildə dəyişmək olar

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda Belarusdan Ukraynaya dəmiryolu nəqliyyatı işləmir, Rusiya qüvvələri Ukraynanın işğalında bu iki ölkə arasında dəmiryolundan istifadə etmir. Bunu Ukrayna dövlət dəmiryollarının başçısı deyib.

“Bu yaxınlarda Belarusun dəmiryolçularına müraciət edərək kriminal göstərişləri yerinə yetirməməyə, Rusiya hərbi qüvvələrini Ukrayna istiqamətinə daşımamağa çağırmışdım”, – “Ukrzaliznytsya” dövlət dəmir yollarının direktoru Oleksandr Kamışin “Current time”a deyib.

Relsləri, avadanlığı dağıtmaq

“Hazırda deyə bilərəm ki, Ukrayna ilə Belarus arasında dəmiryolu əlaqəsi yoxdur. Detalları danışa bilmərəm, amma Belarusun dəmiryolu işçilərinə gördükləri işə görə minnətdaram”, – o, sözlərinə əlavə edib.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb. Rusiya hərbi təchizatının əhəmiyyətli hissəsi Ukraynaya Qomel-Kiyev dəmiryolu xətti ilə daşınıb. Bunu Ukrayna hökuməti deyirdi.

Ukrayna prezidentinin müşaviri Oleksiy Arestoviç martın 17-də münaqişə zonasındakı dinc sakinləri dəmiryolu relslərini və avadanlığını sıradan çıxarmaqla Rusiyaya qarşı “dəmiryolu müharibəsi” aparmağa çağırıb.

“Vicdanlı adamlar”

“Ukraynanın şimalındakı Sumi, Çerniqov, Oxtırka rayonlarında bir çoxları düşmənin arxasında əla müharibə aparıblar. Bu, dərhal nəticə göstərib. İndi sual etməliyik: cənubda hərtərəfli dəmiryolu müharibəsi aparmaq istəmirik?” – o, sözlərinə əlavə edib.

Arestoviçin sözlərinə görə, qarşı tərəfin ən effektli təchizat vasitəsi olan dəmiryollarını dağıtmaqla vəziyyəti Ukraynanın xeyrinə radikal şəkildə dəyişmək olar.

Kamışin isə “Current Time”a müsahibəsində Belarusun dəmiryolu işçiləri arasında “vicdanlı adamları” tərifləyib.

“İnanıram ki, belaruslular, özəlliklə də dəmiryolu işçiləri arasında hələ də vicdanlı şəxslər var. Onları ələ vermək istəmirəm. Bu gün baş verənlərə görə onlara minnətdaram… Əminəm ki, bu təşkilatdakı vicdanlı şəxslər hərbi avadanlığın Ukraynaya daşınmasında Belarus dəmiryollarının işini dayandıra biləcək”, – o deyib.

Günə 190 min sərnişin

Kamışinin sözlərinə görə, Ukrayna dəmiryolları hər gün ölkənin cənub, şimal və şərqindən qərbinə 60 minədək adam daşıyırdı. Günə 20 min sərnişinsə “qərbdəki qonşu ölkələrə” gedirdi.

“Pik vaxtlarda günə 190 minədək sərnişin daşıyırdıq”, – o söyləyib.

Kamışin Rusiya qüvvələrinin dəmiryolu infrastrukturunu hədəfə almadığını vurğulayıb.

“Hazırda dəmiryolu stansiyaları və qatarlar ölkədə ən təhlükəsiz yerlərdir”, – o deyib və təsadüfi güllələr nəticəsində itkilər olduğunu vurğulayıb.

Kamışin müharibə başlayandan 41 dəmiryolu işçisinin öldürüldüyünü, 40-nın xəsarət aldığını qeyd edib.

24 saat” “
‘Dəmiryolu müharibəsi’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button