Now Reading:
Dəmiryolunda maraqlı yeniliklər – Sevinc Qədirova şöbə rəisi oldu

Dəmiryolunda maraqlı yeniliklər – Sevinc Qədirova şöbə rəisi oldu

Nadir Əzməmmədovun rəhbərlik etdiyi Mətbuat Katibliyi ləğv edildi

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində yenilik baş verib. QSC sədri Cavid Qurbanovun əmri ilə qurumun Mətbuat Katibliyi ləğv edilib. Onun əvəzində isə İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb. Şöbənin rəisi vəzifəsinə Sevinc Qədirova təyin edilib. İndiyədək Mətbuat Katibliyinin rəhbəri olmuş Nadir Əzməmmədov isə İctimaiyyətlə əlaqəlar şöbəsinin əməkdaşı təyin edilib.
Sözügedən yeniliklərlə bağlı məlumatı  QSC-dən təsdiq ediblər.
Qeyd edək ki, Sevinc Qədirova bundan əvvəl ANS və Lider telekanallarında işləyib.(Avtosfer.az)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.