Loading...
Loading...
İqtisadiyyat

Dərin nokaut – Rusiyanı SWIFT sistemindən ayırırlar

“Rusiyanı beynəlxalq banklararası SWIFT sistemindən ayırmaq üçün hazırlıqlara başlanılıb”.

UNİAN xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib.

“Bütün Ukrayna diplomatiyası işlədi – Ukrayna prezidentindən tutmuş Ukrayna səfirliyindəki attaşeyə qədər”, – deyə o, əlavə edib.

Nazir qeyd edib ki, ukraynalı diplomatlar bu qələbəni Ukraynanın bütün müdafiəçilərinə həsr edirlər.

Qeyd edək ki, ABŞ da Ukraynada hərbi əməliyyatlara başlayan Rusiyaya qarşı sanksiyaların tətbiqi kimi onları beynəlxalq banklararası sistemi olan SWIFT-dən ayırmağı ciddi şəkildə nəzərdən keçirir.

Qeyd edək ki, bundan əvvəl Litavının baş naziri İnqrid Şmonite Avropada Rusiyanın beynəlxalq bank sistemindən ayrılmasının əleyhinə olan ölkə qalmadığını bildirib.

24 saat” “Dərin nokaut – Rusiyanı SWIFT sistemindən ayırırlar” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Azərbaycanın əksər bankları Rusiyadan pul köçürmələrini dayandırıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button