2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Dərslərə sentyabrın 15-də başlamaq təhsilimizi çökdürmək üçün edilib” – Fazil Mustafa

“Azərbaycanda gerçək təhsil islahatı dərslərin sentyabrın 1-dən başlaması ilə olacaq”.

Bu fikirləri da millət vəkili Fazil Mustafa səsləndirib.

Deputat qeyd edib ki, tədrisi, təhsili hansısa şəkildə eksperimentə çevirmək olmaz:

Saytların yığılması Saytlarin yigilmasi

“Sentyabrın 1-i dərslərin başlaması məsələsində təkcə şagirdlərdən yox, eyni zamanda müəllimlərin effektivliyindən söhbət gedir. Azərbaycan məktəblərinin əksəriyyətində kondisioner yoxdur. Yoxdursa, deməli isti hava şəraitində dərslərin keçirilməsi problem olacaq. Məktəblər tikiləndə bunu nəzərə almayıblar. Sentyabr ayında havalar iyundan elə də isti olmur və dərslərin sentyabrın 1-dən başlamaması tədris planını alt-üst edir”.

Millət vəkilinin sözlərinə görə, dərslərin başlama vaxtı məsələsi Azərbaycan təhsilini çökdürmək üçün məqsədyönlü şəkildə düşünülüb:

“Əslində bu addım atılmalıdır. Təhsil proqramı sentyabrın 1-dən mayn 31-dək olmalıdır. Kim əksini iddia edirsə, bunu əsaslandırmalıdır. Üstəlik, Bakıda iyunda “Formula 1” yarışlarının keçirilməsi o ərazidə yerləşən məktəblərin tədris fəaliyyətinə müəyyən problemlər yaradır. Bu cür mötəbər tədbirin keçirilməsi baxımından da, təhsili vaxtında tamamlamaq lazımdır ki, hər hansı maneə ilə qarşılaşmayaq.

Bu cür vəziyyətin isə heç bir əsaslandırması yoxdur. Sadəcə bizdə bu cür məsələlərdə heç kim cəsarət edib yalnışı düzəltməyə maraq göstərmir. Bu 15-17 il əvvəl edilmiş bir yalnışdır”.

Fazil Mustafanın fikrincə, ölkəmizdə təhsilə pul qazanmaq yeridir:

“İki sahədə varlanmaq mümkündür. Bizdə silah satmaq imkanları məhdud olduğu üçün, bir narkomaniyda, bir də təhsildə varlanmaq mümkündür. Nə qədər adam təhsil sahəsində qısa müddətdə zəngin adama çevrildi? Məncə, bu məsələdə maraq varlanmaq yox, gələcəyimizin insanını yetişdirmək olmalıdır.

Bütün hallarda təhsilin kəsintisini aradan qaldırmaq lazımdır. Sentyabrın 15-də başlayan tədris formal xarakter daşıyır və təhsil, demək olar ki, oktyabrın 1-də başlayır. Bizim kimi ölkələr 1 ay, 1 gün belə təhsildə gecikirsə, bu geriliyimizin əsas səbəblərindən biridir.

Ona görə də istəyirlər, iyunda dərs günlərini daha da artırsınlar, amma dərsin sentyabrın 1-də başlaması təhsili yeni düzənə salacaq. Bununla da keyfiyyətli tədris proqramı tərtib etmək mümkün olacaq”.

Qeyd edək ki, dərslərin sentyabrın 1-dən başlaması məsələsi məhz Fazil Mustafa tərəfindən ötən ay gündəmə gətirilib. 

Təhsil naziri Emin Əmrullayev isə iyulun 28-də keçirilən brifinqdə dərslərin iyunun sonuna qədər uzanmasının arzuedilən olduğunu qeyd edib. Nazirin fikrincə, tədris ayın əvvəlində başlayıb, ay sonunda bitsə belə, təhsilimizin daha keyfiyyətli olacağı inandırıcı görünmür. (Bizim.Media)

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button