2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Dəyirmançıların və çörəkçilərin bəyanatında nə isə səhvdir – FOTO

İri un dəyirmanları və çörək zavodları birgə bəyanat yayaraq, un və çörək məhsullarının qiymətinin artırılmasının zəruriliyini əsaslandırıblar.

Bakıda 50 kiloqramlıq unun bir kisəsinin yuxarı qiymət həddi 40,7 manat müəyyən edilib. Çörəyin qiyməti çəkisindən asılı olmayaraq 5 qəpik artırılır. 500 qramlıq ənənəvi (yumru) çörəyin pərakəndə satış qiyməti 55 qəpik, 600 qramlıq çörək 65 qəpik, 650 qramlıq çörəyin pərakəndə qiyməti 70 qəpik təşkil edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bəyanatda qeyd olunur ki, dünya bazarlarında mövcud vəziyyətlə əlaqədar ölkəyə taxıl və un idxal edən sahibkarlıq subyektləri “ciddi qiymət təzyiqi” ilə üzləşiblər.

İyulda ölkəyə idxal olunan ərzaq buğdasının orta qiyməti 1 ton üçün 402,46 dollar təşkil edib ki, bu da 2021-ci ilin müvafiq ayının qiymətlərindən 67% (orta idxal qiyməti – $241) və  2021-ci ilin dekabrından 18,4% çoxdur (orta idxal qiyməti – $339,89).

Bu açıqlama ən azı təəccüb doğurur.

Bu açıqlama ən azı təəccüb doğurur.

Azərbaycan ənənəvi olaraq Rusiyadan taxıl alır. zerno.ru saytının məlumatına görə, 19 iyul 2022-ci il tarixinə buğdanın orta qiyməti belə olub: 4-cü növ – 9000 rubl (152 dollar), 3-cü növ – 10000 rubl (170 dollar).

Sual olunur, təchizatçılar və dəyirmançıların haqqında danışdığı  bir ton üçün 402,5 dollar qiyməti haradan gəldi.

2022-ci il yanvarın 30-dan Dövlət Taxıl Fondunun ehtiyatları üçün idxal olunan taxıl və taxıl emalı məhsulları Azərbaycana gömrük rüsumlarından azad edilib.

Bu, təqribən 700 min tondur, yəni ərzaq buğdasına olan illik tələbatın böyük hissəsi, demək olar ki, 80%-ni təşkil edir. Buğdaya tələbat ildə təxminən 900 min ton təşkil edir.

Ölkə ayda ən azı 70 min ton məhsul ala bilir. Dünya bazarındakı konyukturanı nəzərə alsaq, ucuz taxıl ehtiyatı yaratmaq üçün aylıq tədarükləri artırmaq olar.

CIF taxılının Bakıya çatdırılması bir ton üçün 30 dollar təşkil edə bilər. Bakıya taxılın çatdırılmasının ümumi qiyməti 4-cü növun tonu üçün 180 dollar və 3-cü növ üçün 200 dollar səviyyəsində olmalıdır.

Bizdə çörək üçün əsasən 4-5-ci növ buğdadan istifadə edilir, bu da sovet dövründə ağır cəzalandırılıb, hətta güllələnmə cəzası verilib.

“24 saat “Dəyirmançıların və çörəkçilərin bəyanatında nə isə səhvdir – FOTO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button