2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Dəhşətli məğlubiyyətə düçar olduq – İrəvan etiraf etdi və könüllü DƏSTƏLƏR TOPLAMAĞA BAŞLADI

“Ermənistan prezidenti Serj Sarkisyan işğal olunmuş Azərbaycan ərazilərini qaytarmaq fikrindədir”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanda I Qarabağ döyüşçüsü Arkadi Karapetyan deyib.

Karapetyan keçmiş müdafiə naziri Seyran Ohanyanın “güzəşt edilməsi” haqda dediyi sözləri şərh edərkən, bildirib ki, prezident Serj Sarkisyan da eyni düşüncədədir: “Ohanyan kimdir? Seyran Ohanyan və Serj Sarkisyan eyni ağacın meyvələridir. Sarkisyan da eyni şeyi istəyir”.

Saytların yığılması Saytlarin yigilmasi

Keçmiş erməni döyüşçü Ermənistanın Azərbaycana məğlub olduğunu qeyd edib.

“Biz vaxtında ən dəhşətli məğlubiyyətə düçar olduq və indiyə qədər balansı bərpa edə bilmirik. Bu gün Azərbaycan xaricə silah satır, biz isə şəxsi ehtiyaclarımızı təmin edə bilmirik. Anlayırsınızmı problem nədədir? Bu gün Ermənistan-Rusiya hərbi əməkdaşlığı çərçivəsində yalnız qarajlardakı kamazlar təmir olunur. Bu gülməlidir. Rusiya Azərbaycana silah satır, bizimlə isə kamaz təmir edir. Bu bizi ələ salmaqdır”, – deyə o, Ermənistan ordusunun acınacaqlı vəziyyətinə diqqət çəkib.

A. Karapetyan Ermənistan ordusunun yeni müharibədə qalib gələ bilməyəcəyini vurğulayıb: “Biz qalib sırasında olmaq üçün könüllü dəstələr yaratmalıyıq. Mən elə bu dəqiqə könüllü güclərin yaradılmasını istəyirəm. Çünki yeni müharibənin olması qaçılmaz görünür və biz əvvəldən nəsə etməsək, bu müharibədə məğlub olacağıq. Dəqiq bilmirəm, amma Müdafiə Nazirliyi bununla bağlı nəsə edir. Lakin işin daha genişmiqyaslı edilməsini istəyirəm”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button