2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Dəhşətli qəza: avtomobil körpüdən aşdı, yaralılar var – VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 90-cı kilometrliyində qeydə alınıb. “VAZ 2107” avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində maşında olan bir ailənin 3 üzvü xəsarət alıb. Xəsarət alanlar, Bakı şəhər sakinləri – 1951-ci il təvəllüdlü İnqilab Nəcəfov, 1955-ci il təvəllüdlü Lətifə Nəcəfova və 1981-ci il təvəllüdlü Məhəmməd Nəcəfov Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyətləri orta ağırdır.Fakt araşdırılır.
****
Bu gün saat 13:30 radələrində Bakı-Quba yolunun təxminən 95-ci kilometrliyində, Siyəzən rayonu ərazisində Ataçay çayının üstündəki körpüdə yol qəzası baş verib. Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, “VAZ 2107” markalı, 90-HL497 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yoldan çıxıb və yuvarlanaraq çayın yatağına aşıb.
Nəticədə sürücü və sərnişinlər müxtəlif bədən xəsarətləri alıblar. Sürücünün vəziyyəti daha ağır olub. Yaralılar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button