2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Dələduzlar bannerlər vasitəsilə Chrome üzərindən Android istifadəçilərin məlumatlarını oğurlayırlar

    İnternet üzərindən dələduzluq daimi olaraq üst səviyyəyə çıxır. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər məşhur brauzer üzərindən Android istifadəçilərin məlumatlarını oğurlamağa imkan verən yeni dələduzluq üsulu barəsində məlumat veriblər. Verilmiş məlumata əsasən yeni dələduzluq üsulu çərçivəsində dələduzlar internet mağazalarını əhatə edən müxtəlif saytlarda bannerlər yerləşdirirlər. Yerləşdirilən bannerlərdə istifadəçilərə istifadə olunan brauzerin yenilənməsi təklif olunur.

Saytların yığılması Saytlarin yigilmasi

    Brauzerin yenilənəcəyini düşünərək həmin bannerlərə klikləyən istifadəçilər isə nəticədə yenilənməni deyil, zərərli proqram təminatını işə salırlar. Məlumatda qeyd edilib ki, istifadə olunan brauzerin artıq köhnəldiyi və onun yenilənməyə ehtiyac duyduğu barəsində bildirişlər əsasən Android istifadəçilər arasında rast gəlinir. Lakin bu cür bildirişlərin digər əməliyyat sistemlərinin istifadəçilərinə də göstərilməsi istisna edilmir. İstifadəçi məlumatlarının oğurlanmasından əlavə olaraq bu cür bannerlər həmçinin istifadəçiləri dələduzların saytlarına da yönləndirə bilərlər. Mütəxəssislər mobil cihaz istifadəçilərinə artıq köhnəlmiş Chrome 89 brauzerini yeniləməyi məsləhət görüblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button