2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dəmir Yolu Vağzalının kassirləri işsiz qaldı

Bakı Dəmir Yolu Vağzalının kassalarında çalışan xəzinədarlar işdən uzaqlaşdırılıb.
Artıq kassalarda ASAN xidmətin əməkdaşları fəaliyyət göstərir. Bu da əksəriyyəti xanımlardan ibarət olan köhnə kassirlərin işsiz qalması ilə nəticələnib. Bundan qabaq isə ölkədaxili reyslərdə çalışan xanım bələdçilər işdən azad edilərək yalnız Rusiya və Ukrayna istiqamətində gedən qatarlarda işləməyə cəlb olunmuşdu. Məlumata görə, indi qatara bilet almaq istəyən sərnişinlər kassada olan ASAN xidmət əməkdaşlarına yaxınlaşaraq ödəniş edirlər. Bu yenilik sərnişinlərin də ürəyincədir. Belə ki, əvvəllər dəmiryol vağzalının kassalarında bilet tapa bilməyən sərnişinlər “qara bazar”a üz tutmalı olurdu. İndi isə ASAN xidmət vasitəsilə rahat şəkildə bilet əldə edə bilirlər.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova faktı a təsdiqləyib. Bildirib ki, həqiqətən də Bakı Dəmir Yolu Vağzalının kassalarında sərnişin qatarlarına bilet satışı bu ilin mart ayının əvvəlindən ASAN xidmət vasitəsilə həyata keçirilir. Sevinc Qədirova onu da qeyd edib ki, əvvəllər çalışan bilet kassirləri işlə təmin olunacaqlar: “Onlara müvafiq işlər təklif olunacaq”.

BakiPost

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button