2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Dənizdən dənizə böyük Ermənistan xülyası — İrəvanın erməniləşdirilməsi

Ermənilər Yaxın və Orta Şərqdə, xüsusən Azərbaycan və Türkiyə ərazisində özlərinə “məzlum bir xalq” kimi sığınacaq tapıblar. Sonra isə başqalarının ərazisində dövlət yaratmaq istəyən ermənilər XVIII əsrdən üzü bəri Rusiyanın timsalında özünə arxa tapıb Azərbaycan torpaqlarının işğalına başladılar.

“Ölkə.Az” bu gün oxucularına İrəvanın ermənilərə verilməsi, şəhərin erməniləşdirilməsi barədə faktları təqdim edəcək.

Rusiya imperatoru I Pyotrun (1682-1725) Azərbaycanı, Türkiyəni, İranı işğal edib Fars körfəzinin isti sularına çıxmaq haqqında arzusuna söykənən ermənilər 1722-ci ildə bu ərazilərdə özünə “Böyük Ermənistan dövləti” yaratmaq xülyası ilə I Pyotrun qəbulunda olmuş, “Şərq yürüşündə” ermənilərin canla-başla rus ordusunun və kəşfiyyatının xidmətində olacağına sədaqətlə sözverdilər. Həmin tarixdən bu günə qədər ermənilər qonşu müsəlman torpaqlarını işğal etməklə, özgəsinin ərazisində yaşayıb ona arxadan zərbə vurmaqla, xəyanət və satqınlıqla Rusiyaya verdikləri vədə sadiq qalıblar. Ermənilərin azərbaycanlılara qarşı xəyanətlə dolu xidmətləri rus çarizmi tərəfindən əvəzsiz qalmamış, Türkmənçay müqaviləsindən sonra İrəvan əyaləti və onun ətrafı etnik təmizləmə aparılaraq ermənilərə verildi.

Saytların yığılması Saytlarin yigilmasi

XIX əsrin 30-cu illərində İrəvan sakinlərinin 80 %-dən çoxu müsəlman türklərdən ibarət olub. Halbuki sonrakı illərdə müsəlmanlara qarşı rus-erməni zorakılığı nəticəsində onların sayı azalmış və bu zorakılıq onları İrəvandan digər bölgəyə köçməyə məcbur etmişdir. Tarixən yerli xalq hesab olunan Qarapapaqlar tayfası onlara qarşı tətbiq olunan zorakılığa tab gətirməyib Güney Azərbaycanın Urmiya əyaləti ətrafına köçüblər.

XX əsrin əvvəllərində İrəvanda və bütün Qərbi Azərbaycanda anti-müsəlman, anti-türk təbliğatının şiddətlənməsi, erməni zorakılığı və özbaşınalığının artması yerli əhalinin İrəvandan kütləvi şəkildə didərgin düşməsi ilə nəticələndi. XIX əsrin sonunda Daşnaksütyun partiyasının yaranması və erməni qatillərinin bu partiya sıralarında cəmləşməsi “dənizdən dənizə böyük Ermənistan” haqqında xülyanı formalaşdırdı və onu müsəlmanlara qarşı mübarizədə ideoloji hədəfə çevirdi. Daşnaksütyun partiyasının yaranması ilə Qərbi Azərbaycan torpaqları, o cümlədən İrəvan və onun ətrafındakı bölgələr erməni əsarətinə düşdü.

Fransız Jan Mari Karzu “Ermənistan 1915” adlı kitabında yazır: “İran və Türkiyə erməniləri İran-Rusiya müharibələrinin gedişində könüllü hərbi qruplar təşkil etməklə, Rusiyaya zəruri xidmətlər və köməkliklər göstərərək bu ölkənin qələbəsini asanlaşdırdılar. Çünki onlar bu məntəqənin müsəlman dövlətindən ayrılmasını bütün erməni millətinin azadlıq və istiqlalı yolunda ilk addım hesab edirdilər”.

Lakin bu müharibələrdə ruslara müqavimət göstərən Qafqaz müsəlmanları onların qəzəb və kininə tuş gəldilər. Əbdüləzim Rezai iki müharibə arasındakı şəraitə işarə edərək yazır: “Gülüstan müqaviləsində İranla Rusiya arasındakı sərhəd düzgün müəyyənləşdirilmədiyi üçün müharibə ikinci dəfə alovlandı. Bir tərəfdən rus orduları Göyçəni işğal edərək, onu qaytarmaq tələbindən boyun qaçırırdılar, digər tərəfdən isə üləmalar cihada fitva verərək, Rusiya ilə müharibəni yenidən başlamaq üçün dövlətə təzyiq edirdilər.

Abbas Mirzə, istəyinin əksinə olaraq, İran ordusunun komandanı təyin olundu. İlkin mərhələdə ruslar qəfil yaxalandılar.İran döyüşçüləri əldən getmiş bölgələrdə yaşayan müsəlmanların köməkliyi ilə xeyli irəli gedərək rusları Talışdan, Muğandan çıxardılar, Lənkəran limanını yenidən fəth etdilər. Bakı, Şəki, Şirvan camaatı da rus qarnizonlarına qarşı üsyana qalxdılar və həmin vilayətlər də ikinci dəfə İranın əlinə keçdi”.

Ruslar Arazın o tayındakı vilayətləri tutduqdan sonra heç vaxt bu bölgənin yerli sakinlərinə etimad göstərmədilər.Onların ermənilərə qol-qanad verməsi nəticəsində bu millətin nümayəndələri Rusiyanın iqtisadi, mədəni, siyasi, hərbi sahələrdəki tədbirlərində iştirak edərək nüfuz qazandılar. Lakin bütün bu himayədarlıqlara və məskunlaşmanın ermənilərin xeyrinə dəyişdirilməsinə baxmayaraq, 1918-ci ilə qədər ermənilər Qafqazın heç bir məntəqəsində əhalinin əksəriyyətini təşkil etmirdilər.Hətta erməni yazıçısı Anahid Ter Minasyanın dediyi kimi, bir çox əyalətlərdə, ümumiyyətlə, erməni yox idi. Adı çəkilən yazıçı əlavə edir: “Tiflis Konqresinin əsas nigarançılıqlarından biri Qafqazda erməni milli ərazisinin olmaması idi. Yerli idarəetmə ilə bağlı muxtariyyət əldə etmək üçün ruslara xahişnamə ilə bərabər, “zemstvolar” təsis etmək üçün pərakəndə erməni camaatının yaşadığı çox məhdud sayda əyalət vahidlərinin planı da təqdim edildi”.

Mənije Turabzadenin “Mahiyyət-e təhəvvolat dər Asiya-ye Mərkəzi və Qəfqaz” əsərində yazılır: “Özünün icad etdiyi “Böyük Ermənistan”ı hər bir işdə əsas götürən Daşnak partiyası milli ərazinin olmaması problemini vəhşi və cinayətkar üsullarla həll etdi. “İrəvan vilayətindəki 211 azərbaycanlı kəndi xarabalığa çevrildi və 100 minlərlə insan qətliam olundu. Təxminən 300 min İrəvan azərbaycanlısı məhv edildi…”.

Bartoldun yazdığına görə, “İrəvanın əsası hicri tarixinin başlanğıcında qoyulsa da, həmin təqvim üzrə IX əsrə qədər o, kiçik bir kənd olub. Qeyd edilən tarixdən sonrakı əsrdə İrəvan şəhərə çevrilmişdir”.”Miladi tarixi ilə 661-ci ildə İrəvanın əsası qoyulmuşdur”.

Ə.Ələkbərli “Qədim türk-oğuz yurdu Ermənistan” əsərində yazır: “İrəvan şəhəri müxtəlif dövrlərdə Sasani sülaləsinin, Ərəb xilafətinin, Qaraqoyunluların, Ağqoyunluların və Səfəvilərin ərazisinə daxil idi. Xüsusilə də Səfəvilər dövründə İrəvan Şah İsmayıl Xətainin diqqət mərkəzində olmuşdur. O öz sərdarlarından birini – Rəvanqulu xanı həmin məntəqənin hakimi təyin etmiş və ona şəhərin abadlaşdırılmasına diqqət yetirməyi tapşırmışdı. İrəvan adlandırılan bu yer o zamana qədər də mədəniyyət mərkəzi olmuşdur.

Övliya Çələbinin dediyinə görə, bu şəhər XV əsrin əvvəllərində Teymurun tacirlərindən olan Xacəxan Lahicani adlı birisi tərəfindən bir yaşayış yeri kimi abad edilib. İlk dəfə Səfəvi hökmdarı Şah İsmayıl Xətainin göstərişi və onun vəziri Rəvanqulu xanın başçılığı ilə XVI əsrin əvvəllərində şəhərə çevrilərək hasara alınıb. Nadir şahın qətlindən sonra İrəvanda iğtişaşlar və qarışıqlıq baş verdi. Osmanlı dövləti İranın daxili işlərinə müdaxilə etmədi. Öz müstəqilliyini elan etmiş İrəvan digər Azərbaycan xanlıqları kimi müstəqil türk əmirliyi oldu.

İrəvan uzun əsrlər boyu yerli türkdilli tayfaların, o cümlədən Qacar qəbiləsinin bir qolunun məskəni olub.

Mənbələrin verdiyi məlumata görə, Tiflis-İrəvan arasında dəmir yolu 1902-ci ildə, Culfa-İrəvan dəmir yolu isə 1908-ci ildə çəkilib.İrəvan şəhərinin adı sovetlər dövründə “Yerevan” olub. Bunu da qeyd edirlər ki, qədimdən Astarabadda yaşayan Qacar tayfası buraya gəlməzdən qabaq “Qovanlı” kimi tanınırdı.“Dəvəllu adlanan tayfa da İrəvan ətrafında eyni adlı kənddə yaşadığına görə Dəvəllu adlanıblar.

Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində yazır: “Əmir Teymur Rum, Şamdakı tayfalardan (Gəncə ətrafındakı Ayrım tayfası da həmin qəbildəndir) əlli min türk ailəsini Gəncə, Qarabağ və İrəvan ərazilərində yerləşdirmişdi. Həmin yerlərin əksər əyalətlərinin əhalisi onların nəslindəndir”. O, başqa bir yerdə qeyd edir: “İrəvan, Gəncə, Qarabağ əhalisinin və əmirlərinin çoxu Qacar nəslindən idi…

Məqalədə Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” əsərindən istifadə edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button