2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Dərmanların qiyməti keyfiyyətlə bağlıdır? – AÇIQLAMA

“Dərman vasitələrinin qiyməti idxal edilən ölkələrin iqtisadi durumundan asılıdır”.

Publika.az-ın xəbərinə görə, bu sözləri Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov manatın məzənnəsindəki dəyişikliyin dərmanların qiymətinə təsirinə münasibət bildirərkən deyib.

P.Əzizbəyov onu da bildirib ki, dərmanların qiyməti Səhiyyə Nazirliyi deyil, Tarif Şurası tərəfindən tənzimlənir: “Dərman vasitələrinin qiyməti yeni məzənnəyə uyğun olaraq müəyyən edilib. Noyabrın 28-də Tarif Şurası tərəfindən bununla bağlı qərar qəbul edilib”.

Saytların yığılması Saytlarin yigilmasi

Dərman vasitələrinin qiymətinin keyfiyyətinə təsir etməsi ilə bağlı fikirlərə münasibət bildirən P.Əzizbəyov bunun doğru yanaşma olmadığını vurğulayıb: “Dərman vasitəsi ucuz və bahalı ola bilər. Lakin dərmanların qiyməti keyfiyyətlə bağlı deyil. Qeydiyyatdan keçmiş dərman vasitəsinin keyfiyyətinə Səhiyyə Nazirliyi tərəfindən təminat verilir. Satışında saxlama şərtləri də gözlənilirsə, dərman vasitəsinin keyfiyyətində problem aşkarlanmaz. Onun sözlərinə görə, ölkəyə idxal edilən dərman vasitələrinin 50%-dən çoxu Avropa ölkələri, digərləri Rusiya, digər MDB ölkələri və Türkiyədəndir. Hindistan Çin və Cənubi Koreyadan ölkəmizdə qeydiyyata alınan dərman vasitələrinin payı çox azdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button