2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dəyanət Rzayevin ölümü ilə bağlı açılmış cinayət işinə xitam verildi

Faktla bağlı saxlanan olmayıb

Saytların yığılması Saytlarin yigilmasi

Psixoloq Dəyanət Rzayevin ölümü ilə bağlı başlanmış cinayət işinə xitam verilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu barədə “modern.az”-a bildirib.

1971-ci il təvəllüdlü Dəyanət Rzayevin cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanmışdı. Anası Ş.Rzayeva oğlunun telefon zənglərinə cavab vermədiyindən narahat olaraq onun evinə gedib. Özündə olan açarla evə daxil olub və oğlunu boynunda kəmərlə boğulmuş şəkildə aşkarlayıb. D.Rzayev ölümündən əvvəl yazdığı məktubda hadisədə heç kimin günahı olmadığını, bunun “özünün şəxsi qərarı olduğunu” qeyd edib.

Xidmət rəhbəri deyib ki, ölümün səbəblərinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-tibbi, məhkəmə-psixoloji ekspertizaları təyin edilmiş, həmçinin, çoxsaylı şahidlərin ifadələri alınmış, Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdı. Faktla bağlı saxlanan olmayıb.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button