2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Dağıdılan qəbirlər Xankəndidə deyilmiş…

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə Azərbaycan qəbiristanlığının ermənilər tərəfindən dağıdılmasının videosu yayılır. Bir çox Azərbaycan KİV-i də vandalizm aktını əks etdirən video və fotoları dərc edib. “Land of Fire” Telegram kanalı sayəsində videonun çəkildiyi iddia edilən yer müəyyən edilib”, – saytlar yazırdı. – “Qəbiristanlıq Xankəndi yaxınlığında, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yerləşir”.

Xəbərdə ermənilərin qəbirləri dağıtmaq üçün qəbiristanlığa gəldikləri maşınların nömrələri də göstərilib. Nömrələrin 35 rəqəmi ilə başlaması bir qədər şübhə doğururdu. Çünki bu rəqəm Ermənistanın şərq bölgələri – Sevan gölü (Göyçə) ətrafına, Basarkeçər zonasında aiddir. Qarabağda adətən 22 və ya 90 regional kodlardan istifadə olunur. Amma bu “qəhrəmanlar” asanlıqla Ermənistandan Qarabağa keçə də bilərdilər.

İndi isə “Land of Fire” Telegram kanalı tələsik, tam dəqiqləşdirilməmiş məlumat paylaşdığını, yanlışlığa yol verdiyini etiraf edib. Video və fotoşəkillərdəki yerin koordinatları (40° 9’44.21″N 45°41’30.22″E) bu vandalizmin Basarkeçərdə baş verdiyini göstərir.

Saytların yığılması Saytlarin yigilmasi

Kanalın xəbərində deyilir ki, Basarkeçər rayonunun hər bir kəndində tərk edilmiş Azərbaycan qəbiristanlıqları var. Bu fotolardakı relyef üçün ən uyğun olanı (həm üfüqdəki uzaq relyef, həm də yaxınlıqda – qəbiristanlığın qərbindəki təpələr) Qızılbulaq (Xaçaxbyur, SSRİ dövründə – Sovetakert) kənd qəbiristanlığıdır.

“Qəbiristanlıq (xəritədə yaşıl üçbucaq – red.) sentyabrın 13-də Azərbaycan Silahlı Qüvvələrinin pilotsuz aviasiyasının zərbəsi nəticəsində dağıdılan Ermənistanın hava hücumundan müdafiə bazasından (xəritədə qırmızı kvadrat – red.) 2,5 km məsafədə yerləşir” – “Land of Fire” xəbərə aydınlıq gətirib.

“Təəssüf ki, ilk versiyada olan yanlışlıq bu dəhşətli cinayətin harada törədilməsi ilə bağlı müəyyən çaşqınlığa səbəb olub” – Telegram kanalı qeyd edib və yaranmış mümkün anlaşılmazlıqlara görə üzr istəyib.

24 saat da konkret mənbələrə istinadla olsa da, dəqiqləşdirilməmiş məlumatı öz səhifəsində yerləşdirdiyinə görə oxucularından üzr istəyir.

Biz hər zaman oxuculara həqiqəti əks etdirən məlumat çatdırmağa, buraxılmış səhvləri isə dərhal düzəltməyə çalışırıq.

24 saat

24 saat” “Dağıdılan qəbirlər Xankəndidə deyilmiş…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button