2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dağıstanda Azərbaycan maşınlarına hücum olub

Martın 30-u Rusiya Federasiyası Dağıstan Muxtar Respublikası ərazisində Azərbaycandan gedən 30-dan, artıq iri tonnajlı yük maşını hücuma məruz qalıb.

Bu haqda Azadlıq Radiosuna həmin yük avtomaşınlarının sürücüləri məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Sürücülərdən Əzim Niftullayevin bildirdiyinə görə, yük maşınları meyvə-tərəvəz aparırmış. O, deyib ki, maşınlar onlarla naməlum şəxsin hücumuna məruz qalıb.

Hücum Azərbaycan-Rusiya dövlət sərhədini keçdikdən sonra baş verib.

Yük maşınlarının sərhədi martın 28-i və 29-da keçdikləri söylənir. Naməlum şəxslər maşınlara Manas və Babayurt adlanan yaşayış məntəqələrinin arasındakı yolda hücum ediblər.

Həmin şəxslərin daşlarla, dəmir parçaları ilə maşınlara xəsarət yetirdikləri söylənir. Maşınların hamısının zədə aldığı, bəzilərinin tamamilə yararsız hala düşdüyü bildirilir.

 

Verilən məlumata görə, maşınlardan biri yandırılıb. Həmin maşını magistraldan çıxarıb yuvarladıblar.

Maşındakıların da xəsarətlər aldığı bildirilir.

“Onları bir neçə saata xəstəxanaya çatdırmaq mümkün oldu”, – deyən sürücü Dağıstanda köməksiz qaldıqlarını bildirib.

Onun sözlərinə görə, üzləşdikləri hücumla bağlı tədbir görən yoxdur. Sürücülər hər an başqa bir hücum, başqa formada təzyiqdən narahatdırlar.

Adını açıqlamayan başqa bir sürücü də Dağıstana yük daşıyan 30-dan çox maşının hücuma məruz qaldığını təsdiqləyib. O, durumun qorxulu olduğunu ifadə edib.

“Sərhəddi keçəndən sonra bizim maşınları polis müşayiət edirdi. Buna baxmayaraq, birdən hücum baş verdi”, deyən sürücü hücum edənlərin dağıstanlı sürücülər olduğunu bildirib.

Sürücülərdən biri də hücumun başında rusiyalı sürücülərin dayandığını bildirib. O, qeyd edib ki, Rusiyada yük maşınlarına yeni sistem tətbiq olunmağa başlayıb. Sürücülər bu sistemin əleyhinədir.

“Bizim maşınlar iri şəhərlərə meyvə-tərəvəz aparır. Bu, onların sürücülərinin xoşuna gəlmir. Bizdən tələb edirlər ki, siz də işləməyin”, deyən sürücü əlaqəli qurumlardan yardım istəyib.

Məsələyə, hələlik, Azərbaycan və Rusiya hüquq mühafizə orqanlarının münasibətini öyrənmək mümkün olmayıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button