2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Dağlar” MTK-nın qurbanları etiraz edir VİDEO

Təbriz küçəsində yerləşən “Konqres” mərkəzi ilə üzbəüz hündürmətəbəli binada ev almaq istəyən 30-yaxın vətəndaş aldadıqlarını bildirir. Tikintini aparan “Dağlar” MTK-nın təsisçilərinin mənimsəmədən xəbərdar olduğunu bildirən zərərçəkənlər yalnız Samir Əliyev adlı bir nəfərin məsuliyyətə zəlb olunaraq barəsində 11 il müddətinə azadlıqdan məhrumetmə çəzasının verildiyini deyirlər. Həmçinin şikayətçilər bildirir ki, şirkətin əsas təsisçisi Çingiz Rzayev kimlərinsə himayədarlığı sayəsində məsuliyyətdən kənar qalıb. Məhkəmə qərarı ilə həmin binadakı qeyri-yaşayış sahəsinin zərərçəkənlərə dəyən ziyanın ödənilməsi üçün nəzərdə tutulması bildirilsə də, buna da süni maneələr yaradılıb. Həmin obyekt həddindən artıq yüksək qiymətləndirilib və buna görə də hərracda satılması sual altına düşüb.
Zərərçəkənlər arasında əlil ailə üzvü olanlar, yaşlı qadınlar da var.
Buna baxmayaraq zərərçəkmiş şəxslər hüquqlarının bərpa olunub, onlara dəyən ziyanın ödənilməsinə ümid edirlər.

[youtube https://www.youtube.com/watch?v=y6mfKaL8kg4?feature=oembed&w=500&h=281]

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button