2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Dağlıq Qarabağ” boyu keçiriləcək mitinqlərin anonsu verilib

Yayımlandı: 23 Sentyabr 2022 00:51

Əhali Araik Arutyunyandan onların suallarına cavab vermələrini tələb ediblər

Stepanakertdə (Xankəndi) mitinqlər təşkil edən etiraz hərəkatının liderləri yerli sakinlərlə görüşmək və onların suallarını hakimiyyətə ötürmək üçün “Dağlıq Qarabağ” rayonlarına gedəcəklərinə dair vəd veriblər. Paytaxtda növbəti etiraz aksiyası sentyabrın 24-nə planlaşdırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Kavkazski uzel” belə yazıb.

Bildirilir ki, sentyabrın 20-si Stepanakertdə (Xankəndi) keçirilən mitinqin iştirakçıları BMT və ATƏT-ə müraciətlərində göstəriblər ki, beynəlxalq qurum atəşkəsin pozulma hallarının sənədləşdirilməsi üçün “Dağlıq Qarabağ”a missiya göndərməlidir, təmas xəttindəki monitorinqlərsə bərpa olunmalıdır.

Ermənistanın  Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin nizama salınması üzrə sənədə qol çəkməyə hazır olduğunu bəyan edəndən sonra sentyabrın 14-ü 4000-dən çox adam Stepanakertdə (Xankəndi) meydana toplaşıb. 

Etiraz edənlər “Dağlıq Qarabağ prezidenti”ni onların qarşısına çıxmağa və hansı sənədə qol çəkilməyə hazırlaşdıqlarını izah etməyə, həmçinin bu sənədə uyğun olaraq “Dağlıq Qarabağ”ın taleyinin necə olacağını açıqlamağa çağırıb. Sentyabrın 19-u iki minə yaxın fəal Stepanakertdə (Xankəndi) etiraz aksiyasına çıxaraq, “prezident” Araik Arutyunyanın şəxsən onların suallarına cavab verməsini tələb edib. Arutyunyan xalqa müraciətini dərc edib, lakin onun çıxışı mitinq iştirakçılarını razı salmayıb.    

Stepanakertdəki (Xankəndi) mitinqlərin təşəbbüsçüləri “paytaxt kənarındakı əhalini hansı suallar maraqlandırdığını” öyrənmək üçün sentyabrın 22-23-ü “Dağlıq Qarabağ” rayonlarındakı yaşayış məntəqələrini gəzməyə qərar veriblər. Bu barədə mitinqdə etiraz hərəkatının liderlərindən biri Tiqran Petrosyan bəyan edib.

“Biz həmçinin həmin məntəqələrdə yeşiklər yerləşdirəcəyik ki, hakimiyyətə sual vermək istəyən hər bir vətəndaş ora yazdığı kağızı ata bilsin. Bu suallar yetərincə yığıldıqda biz hələ ki, videomüraciətlə kifayətlənən ölkə rəhbərindən meydana çıxıb onlara vətəndaşların üzünə baxaraq cavab verməsini tələb edəcəyik”, – Petrosyan deyib.      

Etiraz edənlərin tələb və çağırışları əvvəlki tək qalır, o qeyd edib. ”Fəallardan radikal hərəkət tələb edən çoxlu sayda adam var və həmin adamlar yalnız tələbləri yerinə yetirildiyi halda bizə qoşulmağa hazırdırlar. Amma biz hələ ki, sözün qüvvəsinin hakimiyyətə təsir edəcəyinə ümid bəsləyirik”, – fəal əlavə edib.

Sentyabrın 21-i mitinqə, demək olar ki, iki min adam toplaşıb, hərəkat fəalı, ictimai xadim Kristin Balayan “Kavkazski uzel”ə xəbər verib. “Təəssüf ki, onların çoxu tribunaya yaxınlaşmağa çəkinir, lakin biz çıxış edəndə kimin və hardan dinlədiyini yaxşı görürük. Adamlar daha çox ola bilərdi, lakin hakimiyyət inzibati ehtiyatdan yararlanıb. Belə ki, xüsusilə dövlət müəssisələrində işləyənlərə mitinq zamanı meydana yaxınlaşmamaq tapşırılıb”, – Balayan bəyan edib.      

Adamlar suallarına cavab alacaqlarına əmin olsaydılar, meydandakıların sayı artardı, Stepanakert (Xankəndi) sakini Armine Saqsyan deyib. “İnsanlar vətənlərinin taleyinin necə olacağını, özlərinin və övladlarının torpaqlarında təhlükəsizlikdə yaşayıb-yaşamayacaqlarını dəqiq bilmək istəyirlər. İki uşağım var və ərimlə mən onların gələcəyinə görə çox narahatıq”, – qadın “Kavkazski uzel”in müxbirinə deyib.

Mitinq iştirakçısı Arşak Davidyan “Dağlıq  Qarabağ prezidenti” Araik Arutyunyanın videomüraciətini ”şantaj” və “xalqı yeni müharibə təhlükəsi  ilə qorxutmaq” cəhdi adlandırıb. “Əsl lider insanların bir daha müharibə görməməsi üçün hər şeyin edildiyini söyləməlidir. Arutyunyansa birmənalı şəkildə deyib ki, bizi 2020-ci ilin 44 günlük müharibəsindən daha dəhşətli münaqişə gözləyir. Bunu söyləyərkən hansı məqsəd güddüyünü bilmirəm, lakin bu cür bəyanatlara görə cəsarətlə onun istefasını tələb etmək olar. Mən meydana toplaşanların, nəhayət, prezidentin və bütünlükdə hökumətin istefasını tələb edəcəklərini gözləyirəm. Bəlkə çoxluq məhz bunu gözləyir? Bəlkə o zaman mitinqdəki adamların da sayı bir neçə dəfə çoxalacaq”, – Arsaq bəyan edib.   

İnsanlar korrupsiya ilə bağlı çıxışlar və ya “birlik haqqında hansısa şüarlar” eşitmək istəmirlər, aksiya iştirakçısı Sevak Petrosyan hesab edir. “Onlar hansı təhlükə ilə üz-üzə qaldıqlarını bilmək istəyirlər. Müharibə ehtimalının çox böyük olduğunu hamımız başa düşürük, odur ki, nə baş verdiyini və təhlükəsizliyimizin zəmanəti olan Rusiya sülhməramlı qüvvələrinin bizi necə müdafiə edəcəyini dəqiq bilmək istəyirik”, – o deyib.     

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button