Now Reading:
Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3 811 nəfər itkin düşüb

Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3 811 nəfər itkin düşüb

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3811 nəfər itkin düşüb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən xəbərə görə, qeydiyyata alınan həmin şəxslərdən 3098 nəfəri hərbçilər, 713-ü mülki şəxslər, o cümlədən 61-i (20 nəfər qız, 41 nəfər oğlan) uşaqlar, 255-i qadınlar, 304-ü isə (158 nəfər qadın) qocalardır.

Bundan başqa, 877 nəfərin əsir-girov götürülməsi barədə məlumatlar daxil olub. Onlardan 595-i hərbçilər, 282-si mülki şəxslər, eləcə də 27-si (7 nəfər qız, 20 nəfər oğlan) uşaqlar, 99-u qadınlar, 114-ü isə (65 nəfər qadın) qocalardır.

Eyni zamanda, əsir və girovluqdan azad edilən şəxslərin sayı isə 1 436 nəfərdir. Onlardan 351-i hərbçilər, 1 085-i mülki şəxslər, eləcə də 210-u (74 nəfər qız, 136 nəfər oğlan) uşaqlar, 341-i qadınlar, 258-i isə (108 nəfər qadın) qocalardır.

Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatından keçən itkin düşmüş şəxslərdən 3734 nəfəri Azərbaycan tərəfindən, 780 nəfəri isə erməni tərəfindəndir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.