Siyasət

Dağlıq Qarabağ Muxtar Vilayətinin konturları Rusiya Müdafiə Nazirliyinin xəritəsindən yığışdırılıb

Bakı/27.09.21 Sentyabrın 22-dən Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilmiş və Rusiya sülhməramlılarının Qarabağda yerləşmə zonasını göstərən Azərbaycan xəritəsində 26 noyabr 1991-ci ildə ləğv edilmiş Azərbaycanın tərkibindəki Dağlıq Qarabağ Muxtar Vilayətinin konturu yığışdırılıb.

Sonuncu dəfə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin konturunu sülhməramlıların yerləşməsinə dair 20 sentyabr 2021-ci il tarixli xəritədə görmək mümkün idi.

2021-ci il iyulun 10-da prezident İlham Əliyev bəyan edib: “Dağlıq Qarabağ region üçün düzgün ad deyil. Belə ərazi vahidi yoxdur və bu adı işlətmək olmaz”. Dövlət başçısı beynəlxalq təşkilatları və ölkələri “Dağlıq Qarabağ” terminini tətbiq etməməyə çağırıb.

Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının göstərişi ilə Azərbaycanın Xocavənd rayonunda Amarasdakı alban məbədinin damından qanunsuz rejimin bayrağı götürülüb.—0—

 

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button