2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Daha 3 lisenziyamız ləğv olundu – Dopinq qalmaqalı davam edir

Azərbaycan ağırlıqqaldıranlarının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qazandığı daha 3 lisenziyası əlindən alınıb.

Aznews.az Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) olimpiadada iştirak üçün kvota verdiyi ölkələr siyahısından Azərbaycanın adını çıxarıb. Buna səbəb idmançıların dopinqdən istifadə etməsi faktı olub.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, 6 atletimiz 2015-ci il dünya çempionatında dopinq-testdən keçə bilməmişdi.

Bundan sonra dünya çempionatında dopinq-testdən keçə bilməyən atletlərdən Valentin Xristov, Elxan Əliquluzadə, Silviya Anqelova, Firudin Quliyev və İntiqam Zairov 8 il, Dadaş Dadaşbəyli 4 il müddətinə diskvalifikasiya edilib. Bundan başqa əvvəlki iki olimpiadada götürülmüş analizlərin təkrar yoxlaması nəticəsində İntiqam Zairovun Pekin-2008-də, Boyanka Kostovanın isə London-2012-də istifadəsi qadağan olunmuş preparatlar qəbul etdiyi açıqlanıb.

Xatırladaq ki, olimpiadaya hazırlıq dövründə dopinq-testlərin dəfələrlə müsbət nəticə verməsi səbəbindən, Azərbaycanın əlindən 2 lisenziyasının (1 kişi, 1 qadın atlet) alınması xəbərini hələ bir müddət əvvəl yayımlamışdıq. Bildirmişdik ki, cəza bununla bitməyəcək. Ağır atletika sahəsində əldə olunan bütün lisenziyalar ləğv olunacaq. Səbəb isə həmin lisenziyaların dopinqli şəkildə əldə olunmasıdır. Sözügedən məlumatı ətraflı BURADAN oxuya bilərsiniz.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button